Əli Kərimli ilə İsa Qəmbərin iç üzü açılır
09:55 18-02-2015
İQTİSADİYYAT
Əli Kərimli ilə İsa Qəmbərin iç üzü açılır
Mirmahmud Mirəlioğlu: "Adam öz abrına qısılır, başqaları isə abırlarını kənara atırlar, nə istəyirlər deyirlər"
Prezident Adiministrasiyasının şöbə müdiri Əli Həsənovun müxalifət partiyaları ilə görüşü ictimai-siyasi düşərgədə yeni polemika mövzusu yaradıb.
"Unikal"ın məlumatına görə, radikal müxalifət partiyalarından olan AXCP ilə Müsavatın bu görüşə qatılmaması elə müxalifətin narazılığı ilə qarşılanıb. Qeyd edək ki, AXCP ilə Müsavat bu iki görüşdə iştirak etmədi, görüşlə bağlı sərgilədikləri mövqe də bir qədər sərtdir. Xüsusən də AXCP daha aqressiv davranır. Görünən odur ki, radikal müxalifət nümayəndələri olan AXCP ilə Müsavat milli maraqlara zidd olan mövqedə dayanaraq dialoqdan imtina edirlər.
Maraqlıdır ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da sözügedən dialoqa qoşulmayanları qınayıb. "Unikal"ın məlumatına görə, M.Mirəlioğlu deyib ki, hərə özünü haqlı saya bilər, amma həqiqət birdir: "Hamının gözünə çirkin görünən adam özünə vurğun ola bilir. O tərəfdən dayanıb bizi qınayanlar var. Amma biz hesab edirik ki, onu da Allah yaradıb və o, hər şeyi gözəl yaradıb, nəyin necə olmasından asılı olmayaraq, biz də o işdə gözəlliyi axtarıb tapmalıyıq. Onların nə deməyindən asılı olmayaraq, hər şeydən əvvəl Allah yaratdığı üçün sevmək lazımdır. Məncə, bu məsələdə bir fərdi baxış var. Amma onların fərdi baxışı nədən ibarətdir? Deyirlər ki, görüş yalnız bizimlə olmalıdır. Bizimlə görüşəndə dialoq olur, biz iştirak etmiriksə, ondan dialoq olmaz kimi fikirlər səslənir. Bu yanaşma isə siyasətdə də, məişətdə də, ailədə də qəbul olunan yanaşma deyil. Bu gün ən çox müzakirə, sosial şəbəkədədir. İndi hərəsi bir tərəfdən yazır ki, mən bunu belə deyərdim, belə sual verərdim və s. Gəl iştirak elə, sualını da ver, sözünü də de. Biz bu məsələlərə daha böyük yanaşırıq və hesab edirik ki, tutduğumuz mövqe ən düzgünüdür. Nəzərdə tutmuşuq ki, yaxın zamanlarda görüşdə iştirak etməyənlərə də müraciət edək, onların da təkliflərini alaq. Onlar nəyi necə görmək istəyirlər, onu da nəzərə alaq".
KXCP sədri hesab edir ki, bəzi adamların böyük narahatlıqları, təşvişləri var. Onun sözlərinə görə, bəziləri həddindən artıq narahatdırlar: "Bu təlaşı ört-basdır eləməkdən ötrü bizi tənqid edirlər, hətta təhqir etməkdən çəkinmirlər. Amma buna baxmayaraq, biz doğru bildiyimiz yolda sona qədər gedəcəyik. Hesab edirik ki, burada qazanan Azərbaycan olacaq və Azərbaycanda vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan insanlar özləri vətəndaş olmağı öyrənəcəklər. Vətəndaş olmaqdan ötəri də digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmalısan. Hətta cinayətkardırsa, məhkəmənin qərarı ilə cinayət törətdiyi sübut olunursa, yenə də onun hüququ təmin olunmalıdır. Çox təəssüf ki, hazırda Azərbaycan cəmiyyətində qarşılıqlı amansızlıq mühiti yaranıb. Təkcə iqtidar-müxalifət arasında deyil, həm də müxalifət qüvvələri arasında bir-birinə qarşı amansız münasibət formalaşıb. Hakimiyyətlə müxalifət arasındakı görüşü istəməyənlərin əksəriyyəti yekdil və yekcins olmayan iqtidar komandasındadır. Bu görüşün əleyhinə o qədər adamlar var. Hətta bəziləri kənarda olan adamlarına xüsusi tezislərlə bunun əleyhinə çıxmaq göstərişi verir. "Niyə səsiniz çıxmır? Bu günə kimi sizi nəyə görə bəsləmişik, durun sözünüzü deyin" kimi təzyiqlər də ortadıdır. Bu barədə kifayət qədər faktlar var. Sadəcə olaraq, bəzi məsələləri açıqlama istəmirik. Adam öz abrına qısılır, başqaları isə abırlarını kənara atırlar, nə istəyirlər deyirlər".
Görünən odur ki, radikal müxalifət nümayəndələrinin dialoqa qoşulmaması birmənalı qarşılanmır. Mirmahmud Mirəlioğlu açıq söyləməsə də, sətiraltı AXCP ilə Müsavatın dialoqa qoşulmamasının səbəblərinə toxunub. Hər kəsə bəllidir ki, bu iki qüvvə hər zaman tapşırıqı xaricdən alır. İndi isə tapşırıq gəlib ki, heç kimlə anlaşmaya getməyin, əksinə, qarşıdurmaya maraq göstərin. Bu səbəbdən də analoji xətt götürüblər. Amma bu proses İsa Qəmbərlə Əli Kərimlinin iç üzünü açıb ictimaiyyətə göstərmiş oldu.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53