Əli Kərimlidən on milyonluq xəyanət anlaşması
11:34 20-02-2015
İQTİSADİYYAT
Əli Kərimlidən on milyonluq xəyanət anlaşması
AXCP sədri bəzi Qərb dairələrindən pul alaraq ölkədə qarşıdurma mühiti yaratmaq planı hazırlayır
Bu ilin payızında keçiriləcək parlament seçkiləri bütün qüvvələri indidən hərəkətə keçirib. Artıq ölkə daxilində bir tərpəniş hiss olunmaqdadır.
"Unikal"ın məlumatına görə, radikal müxalifət də seçkiyə hazırlaşmağa başlayıb. Məsələ ondadır ki, radikal müxalifət seçkiyə yox, ölkədə aranı qarışdırmaq, qarşıdurma mühiti yaratmaq üçün səylər göstərir. Sözsüz ki, bunun üçün onlara dəstək verən qüvvələr də var. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu dəfə bəzi Qərb ölkələri, eləcə də, ABŞ-dakı müəyyən dairələr AXCP sədri Əli Kərimlidən alət kimi istifadə etmək niyyətindədirlər: "Mən bildiyimə görə, ilkin təmaslar olub və müvafiq tapşırıqlar da verilib. Diqqət edirsinizsə, son dövrlər Əli Kərimli digər müxalifət qüvvələrindən tamamilə kənarda dayanıb. Milli Şuraya başqa qüvvələrin gəlməməsi də buna əyani sübutdur. Çünki Əli Kərimlinin anlaşdığı dairələr ona hakimiyyətlə anlaşa biləcək, milli maraqları düşünən bütün qüvvələrlə əməkdaşlığı kəsməyi tapşırıb. Ona görə də AXCP Milli Şuradan başqa hamını qamçılamaq xətti götürüb".
Müsahibimiz əsas gətirmək üçün AXCP sədrinin müavini Nurəddin Məmmədlini açıqlamasını misal göstərib. Nurəddin Məmmədli deyir ki, " mövcud durumda bizim bloklaşma fəaliyyətimiz yalnız Milli Şura çərçivəsində mümkündür . AXCP yetkilisi hesab edir ki, bu gün öz fəaliyyəti ilə müxalifətçilik standartlarına cavab verən bütün təşkilatlar Milli Şurada təmsil olunublar: "Kənarda müxalifətçi yoxdur ki, əməkdaşlıq edək". Buradan da görünür ki, artıq Əli Kərimli bundan sonra yalquzaq siyasi xətti götürür. Bunun da səbəblərindən biri də odur ki, o, bu prosesə ayrılan vəsaiti təkbaşına "yemək" istəyir.
"Unikal"ı məlumatlandıran şəxs deyir ki, Qərb dairələri Əli Kərimliyə bu planı icra etmək üçün 10 milyon dollar vəsait ayırmağı planlaşdırır. Onun sözlərinə görə, ilkin addımlar atmaq üçün AXCP sədrinə müxtəlif kanallarla yüz min dollar pul ötürülüb.Amma onun bu işin öhdəsindən gələcəyi hələ sual altındadır. Çünki pul olmasına baxmayaraq, ölkədə qarşıdurma mühiti yaratmaq üçün kütlə lazımdır. Əli Kərimlini dəstəkləyən, onun arxasınca gedən belə bir kütlə yoxdur. Amma Əli Kərimli ampluasına sadiq qalaraq, xaricdəki şeflərinə yalandan vədlər verir. Hər halda, qarşıdakı dövrdə nəyin necə baş verəcəyini hər kəs görəcək.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Əli Kərimli ölkədə sabitliyin pozulması, vətəndaş qaşıdurmasının baş verməsi üçün istənilən addımı atmağa hazır olan birisidir. Onun sözlərinə görə, buna mənim heç bir şübhəm yoxdur: "Bu adam bütün fəaliyyətini buna yönəldib ki, ölkədə qarşıdurma baş versin və o da bundan istifadə edib, öz hakimiyyət maraqlarını həyata keçirtsin. ABŞ-ın bəzi dairələrinin maliyyə ayırdığı məsələsinə isə inanmıram. Bilirsiniz ki, bir neçə gün bundan qabaq ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakiya rəsmi səfəri baş verdi və o da bütün mediya mənsublarının qarşısında bildirdi ki, ABŞ Azərbaycanda heç bir inqilab etmək niyyətində deyil. Nurlandın mövqeyi rəsmidir və onlar yaxşı bilir ki, Azərbaycan cəmiyyəti siyasi cəhətdən çox fəaldır və xalq yaxşı bilir ki, heç bir inqilab xalqa xeyir gətirmir. Yaxın illərdə ərəb ölkələrində baş verən inqilablar xalqlara fəlakət gətirib. Məncə, uzun müddətdir xarici təşkilatlar Əli Kərimlidən bir vasitə kimi istifadə edirlər".
BAXCP yetkilisi onu da qeyd edib ki, Əli Kərimlinin cəmiyyətdə kifayət qədər güclü sosial dayaqları, partiya strukturu yoxdur ki, ciddi bir qarşıdurma yarada bilsin. "5-10 gənclə insanların çox olduğu yerlərdə, metroların girəcəyində, şəhərin əsas mərkəzi küçələrində "səs-küy" salıb görüntü yarada bilər. İcacəsiz mitinqlər keçirdib, "ajotaj" görünütüsü yarada bilər. Ona görə də onun nəsə edə bilməsi qətiyyən mümkün deyil. Bu gün Əli Kərimlinin yanında kim qalıb ki? Əbülfəz Elçibəyin zamanında olan siyasətçilərin biri Əli Kərimlinin yanında qalmadı və hamısı ondan imtina etdi. Azərbaycan cəmiyyəti Əli Kərimlini öz sədri Əüblfəz Elçibəyə və yaxın silahdaşlarına xəyanət edən biri kimi tanıyır. Kimdir xəyanətgara dəstək verən?! Heç kim", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05