Əli Kərimliyə qarşı daha bir şok hazırlanır
10:33 27-02-2015
İQTİSADİYYAT
Əli Kərimliyə qarşı daha bir şok hazırlanır
Bu dəfə Fuad Qəhrəmanlı istefa verib AXCP sədri barədə rüsvayçı faktlar açıqlayacaq
Radikal müxalifət düşərgəsində baş qaldıran istefa dalğası parçalanma ilə yanaşı, əlavə söz-söhbətlər də gətirməkdədir. Belə ki, AXCP sədri Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və onun partiya sədri Əli Kərimli ilə bağlı veridiyi şok açılamalar qarşılıqlı ittihamlarla davam etməkdədir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Əli Kərimli Razi Nurullayev zərbəsindən sonra daha bir neçə şok yaşamalı olacaq. Buna səbəb isə daha bir neçə funksionerin partiyadan istefa verəcəyi olacaq. Ancan onlar da sakit getməyəcəklər. Çünki Əli Kərimlinin yürütdüyü siyasət hamını bezdirib və ona qarşı çıxanların şantaj olunduğunu nəzərə alan bəziləri üzə düşüb qalırlar. Görünən odur ki, Razi Nurullayev digər funksionerləri ürəkləndirib. Yəqin ki, yaxın müddətdə növbəti funksionerin də Əli Kərimli ilə bağlı şok faktlar açıqlayaraq, istefa verəcəyinin şahidi olacağıq.
Maraqlısı odur ki, Razi Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ona cavab verməklə yanaşı digər şəxsləri- Azər Həsrəti, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu, Aynur Camalqızını, Taleh Şahsuvarlını və digərlərini ittiham edib.
Fuad Qəhrəmanlının bu ittihamına cavab verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"a bildirib ki, bununla bağlı facebook.com sosial şəbəkəsində status da yazmışam və bir daha təkrar edirəm: "Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. O da Əli Kərimlinin əsl simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir ki, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla, tələbə yoldaşlarına, dost dediyi şəxslərə, onun ailəsini və özünü qoruyan insanlara və bu siyahını uzatmaq da olar. Əli Kərimlini indiki hakmiyyət də məhz xəyanət etdiyinə görə uzaqlaşdırıb. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi tellər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı, bir saat ərzində düşmən edir. Baxın, Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir?
Fuad Qəhrəmanlı Aynur Camlaqızını da ittiham edib. Başa düşə bilmirəm əgər Aynur xanımın fəaliyyəti sizi qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışır? Bunu necə başa düşək? Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şanatj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən....
Sonda bir məqama da toxunmaq istəyirəm. Artıq Razi bəyin özü də acıqlamasında bildirib ki, facebook.com sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profilləri acdırıb insanları təhqir edirlər. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi acıq mübarizədən qacanlar bilməlidir ki, həmin ptofillərlə yazdığınız təhqirlərlə siz hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər".
BAXCP funksionerinin də dediyi kimi, bu gün Əli Kərimlinin müdafiəçisi kimi görünən Fuad Qəhrəmanlının da Əli Kərimli ilə yollarının ayrılacağı gözləniləndir. Ən maraqlısı odur ki, Fuad Qəhrəmanlı Əli Kərimli ilə bağlı daha ciddi faktlara malikdir. Onun istefasından sonra Əli Kərimli ilə bağlı rüsvayçı faktların üzə çıxacağı şübhəsizdir. Hər halda, bir qədər gözləmək lazımdır. Yəqin ki, qurultaya yaxın Fuad Qəhrəmanlı da istefa verərək Əli Kərimlini şoka salacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25