"Amnesty International" qərəzli iddiasından geri çəkildi
11:42 07-03-2015
İQTİSADİYYAT
"Amnesty International" qərəzli iddiasından geri çəkildi
"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. Bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.
Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".
Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər "Amnesty International"ın Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb.
Bu barədə "Unikal"a məlumat verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, biz belə bir situasiya ilə "Evrovizion" yarışması qabağı da rastlaşmışıq. Onun sözlərinə görə, Qərb bilərkdən belə bir taktiki siyasət aparır: "Əvvəl ciddi və diqqət mərkəzində olan bir tədbirin keçirilməsinə razılıq verir, sonradan isə onun baş tutması üçün öz şərtlərini diqtə edir. Düşünürəm ki, indi irəli sürülən bu mülahizə də Azərbaycan iqtidarına təzyiq məqsədi daşıyır. Nə qədər təəccüblü olsa da mən "Amnesty International"ın səmimiliyinə inanmıram. Onlar bu yolla Azərbaycandan hansısa güzəştlər əldə etmək istəyir".
"Unikal"a açıqlama verən politoloq Bəhruz Salmanov ilk öncə onu qeyd edib ki, ümuminsan toplantıları, yığıncaqları bütün insanların mehribançılığına, bir-birini tanımasına bir sözlə müsbət insani hisslərin bölüşməsi üçündür. Onun sözlərinə görə, belə toplantılardan biri də idman yarışlarıdır: "İndi demokratiyadan danışan onu təbliğ edən beynəlxalq təşkilatların ümumiinsan yığıncaqların, toplantıların boykot etməsi heç cür anlaşılan deyil. O ki, qaldı doğru çıxmayan"Amnesty International"dan I Avropa Oyunlarını boykot çağırışlarına sevinən hər hansı istər siyasi, istər icitmai toplumun sevinməsi onların artıq nə dərcədə demokratik olduqlarını göstərir. Hər hansı siyasi və ya icitmai cərəyan dövlətin, vətəndaşların, insanlığın maraqlarına xidmət etməlidir. Amma çox təəssüf ki, dünyada insanpərvərlik pərdəsi altında gizlənən, öz mənfəətini güdən güclərə xidmət edən cərəyanlar da var. Biz də bu dünyanın bir parçasıyıq. Atalar misalımız var : Meşə çaqqalsız olmaz. Şübhəsiz bu təbliğatların qurbanları da var, ümid edirəm onlar da vaxtında ayılacaqlar. Buna baxmayaraq dünyada tərəqqipərvər, insanpərvər toplumlar da mövcuddur. Bizdə də belə ayıq, işıqlı, sağlam düşüncəli, vətənmeyilli insanlar var. Müsbət insanlar xalqın, dövlətin kədərli və sevincli günündə öz fərqlənən siyasi incikliklərini bir kənara qoyaraq toplaşaraq vahid bir mərkəz, bir beyin, bütöv bir bədən, alınmaz qala olurlar. Azərbaycan xainlərin deyil ,məhz belə insanların diyarıdır".
"Unikal"ın məlumatına görə, millət vəkili Siyavuş Novruzov parlamentin bügünkü iclasında deyib ki, son dövrlər bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında olmazın şər kampaniyası aparır. Onun sözlərinə görə, "Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Deputat bildirib ki, onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyirlər: "Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsi əsasında saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdır. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək Avropa Oyunlarının təqdimatını edir. Biz də bir işin qulpundan tutaq". S.Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər: "Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən yayınıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gün də bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05