Məhkəmələrin icra olunmamış qalan qərarları...
12:48 13-03-2015
SİYASƏT
Məhkəmələrin icra olunmamış qalan qərarları...
Məhkəmə qərarları icra olunmadığından, vətəndaş əlində qərar illərlə pozulmuş hüququnun bərpasını gözləyir
"Mən bütün məhkəmə instasiyalarında prosesi qazanan tərəfəm, bütün məhkəmə stansiyalarında qəbul olunan qərar mənim xeyrimədir"- deyib pozulmuş hüququnuzun bərpa olunduğunu, sizə çatacaq əmlaka sahib olduğunuzu düşünürsünüzsə sevinməyin. Çünki...
Bəli bu dəfə söhbət açacağımız mövzu çoxlarını illərdir ki, narahat edən məhkəmə qərarlarının icrası məsələsidir.Bütün məhkəmə instansiyalarından keçən vətəndaş qəbul edilən qərar onun xeyrinə olsa da, bəzən bu qərar da onun köməyinə çatmır. Çoxlarının əlində kağız parçası kimi qalan məhkəmə qərarlarının icrası bəzən müşkül bir işə dönür. Məhkəmə vətəndaşın xeyrinə qərar qəbul etsə də, vətəndaş bu qərardan istifadə edərək ona çatacaq əmlaka sahib ola bilmir, yaxud zəbt olunmuş evinə dönə bilmir. Kimisi isə məhkəmə qərarı ilə aliment almalı olsa da, alimenti vercək şəxs atlı olur, zərərçəkmiş tərəf piyada. Uşağının atasını illərlə axtarıb bir ildə 50 manat alimenti ala bilməyən qadınlar daha çoxdur. Problemin səbəbi isə qəbul olunmuş məhkəmə qərarlarının icra olunmamış qalmasındadır. Həmsöhbətimiz Nəzakət Muradova da illərdir ki, məhkəmə qərarının icra olunmaması üzündən keçmiş həyat yoldaşından, el dili ilə desək uşaqlarının atasından qanunla ödənilməli alimenti ala bilməyənlərdən biridir. Rəsmi nikahlarına böyük qızı 10, kiçik qızı 7 yaşında xitam verilən N. Muradovanın qızlarının birinin 17, digərinin isə 14 yaşındadır. Həyat yoldaşı ilə boşandıqda iki uşağına 100 AZN aliment kəsilsə də, indiyədək uşaqlarının atasından qara qəpik belə ala bilməyib. Həmsöhbətimiz deyir ki, əlində alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarı olsa da, illərdir ki, məhkəmə icraçıları uşaqlarından ayda 100 manatı əsirgəyən atanı tapıb bu pulu ona ödətdirə bilmir: "Artıq qızlarım böyüyüb. Hələ də yoldaşım işsizəm deyib alimenti ödəmir. Məhkəmə icraçıları isə deyir ki, yoldaşın qeydiyyatda olduğu yerdə yaşamadığından onu tapa bilmirik. İllərdir ki, bu problem həll olunmur".
Bu sadəcə uşağına aliment ala bilməyən qadınlardan biridir. Elə hüquqşunaslar da, ölkədə yüzlərlə qadının məhkəmənin təyin etdiyi alimenti ala bilmədiyini söyləyirlər. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən də verilən məlumata görə, alimentin ödənilməsi ilə bağlı işlərin icrası uşaq 18 yaşına çatanadək davam edir. Bəs görəsən qanunla məhkəmə qərarlarının icrası hansı müddətədək davam edə bilər?
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində Məhkəmə prosesi yekunlaşdıqdan, yəni Məhkəmə baxdığı işlə bağlı Qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı Məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədiyi təqdirdə Qərar Qüvvəyə minmiş hesab edilir və İcraya yönəldilir. Məhkəmə qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır.
Z. Bayramova deyir ki, Ədliyyə Nazirliyi baş idarəsinin hər bir Rayon(şəhər) məhkəmələrində İcra şöbələri fəaliyyət göstərir: " Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə Qərarın İcrası Qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni Məhkəmə işinin mahiyyətindən asılı olaraq qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim İcra sənədi hazırlayıb aidiyyatı üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərməlidir".
Vəkil deyir ki, icra sənədi almış İcra məmuru və ya Orqan təşkilatlar 2 ay ərzində Qərarı icra etməlidirlər: "Müstəsna hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla bilər".
Hüquqşunasın sözlərinə görə, məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcraçılar baş idarəsinə, habelə İcranı həyata keçirməli olan orqan və ya təşkilatın Yuxarı qurumuna Qətnamənin İcrasının həyata keçirilməsi Tələbi ilə bağlı Şikayət Ərizəsi ilə müraciət edə bilər: "Azərbaycan Respublikasının adından çıxan Qərarların icrası Məcburidir və bu yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq Maddələrinə əsasən Məsuliyyət nəzərdə tutulub. Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf Məhkəmədə İcranı həyata keçirən orqana qarşı Maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir".
Z. Bayramova deyir ki, qanunla borclunun ölkədən getmək hüququ məhdudlaşdırılandan sonra bu sahədə məhkəmə qərarlarının icrasında müsbət dəyişiklik olub: "Əvvəl şəxsin borcu olsa da, istədiyi vaxt ölkədən gedə bilərdi. Hətta elələri var idi ki, digər ölkələrdə öz biznesini qurmuşdu. İndi borclu şəxsin bu hüququ məhdudlaşdırılıb. Şəxs borcunu ödəmədiyi halda icra məmuru tərəfindən məhkəməyə təqdimat verilir. Məhkəmə təqdimata baxaraq onun bu hüququnu məhdudlaşdırmaq barədə qərar çıxarır. Şəxs məhkəmə və digər orqanların qərarı üzrə olan borcunu tam ödədikdə həmin məhdudiyyət icra məmuru tərəfindən götürülür. Bu cəzanın qanunvericiliyə daxil edilməsi məhkəmə və digər orqanların qərarlarının icrasında böyük stimul yaradıb".
Z. Bayramovanın sözlərinə görə, məhkəmə qərarlarının icrası " İcra Haqqında" qanunla təmin edilir: "Bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir".
Bu qanunun 15-cı maddəsi ilə məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası bəndi var: "Bu maddədə göstərilir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır".
16-cı maddədə isə icra hərəkətlərinin təxirə salınması qeyd olunub. Z. Bayramova deyir ki, 16.1. bəndinə görə, iİcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə sala bilər: " 16.2 bəndində göstərilib ki, icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir. 16.3 bəndi ilə isə tərəflərin icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 16.4 bəndində bildirilir ki, məhkəmələrin cinayət işləri üzrə qərarlarının əmlakın alınmasına dair hissəsi üzrə icraatın təxirə salınması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir".
Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: "Məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə, İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38