Hər kəsə tanınan şərəf və ləyaqətini müdafiə etmək hüququ
10:45 17-03-2015
SİYASƏT
Hər kəsə tanınan şərəf və
ləyaqətini müdafiə etmək hüququ
Niyaməddin Orduxanlı: "Azərbaycan Respublikasının ali qanunları ilə ölkənin bütün vətəndaşlarının şərəf və ləyaqətini qorumaq öhdəliyi var və bunun təmin olunması üçün gərəkli olan bütün tədbirlər görülür"
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə bir sıra sahələr üzrə islahatlar aparıldı, yeni qanunlar, qaydalar qəbul olundu. Bütün bu islahatların mərkəz xətti insan haqlarının qorunması, vətəndaşın ən kiçik hüququndan tutmuş, ən ali hüququnun qorunması götürülüb.
Ana qanunumuz olan Konstitusiyada da bütün maddələrdə insan haqları, insanlara tanınan hüquqlar öz əksini tapıb. Belə ki, Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilib. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında həmçinin "Avropa İnsan hüqüqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvesiya da daxildir. Qanunlarımızın beynəlxalq hüquq normalarına uyğunlaşdırılması da müsbət amillərdən biri kimi qəbul olunmalıdır. Bununla dünyaya bəyan etmiş oluruq ki, biz dünyəvi, insan haqlarını ən üst səviyyədə qoruyan və bu prosesi dünyaya inteqrasiya şəraitində həyata keçiririk.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bizimlə söhbətində deyib ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması yönündə vəziyyət qənaətbəxşdir. Onun sözlərinə görə, milli və dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən bəzi qüvvələr bu istiqamətdə görülən işlərin üzərinə kölgə salmağa çalışsalar da, reallıq ortadadır: "Azərbaycan Respublikası 1991-ci ildə özü müstəqilliyini elan edib. Müstəqil Azəraycan dövləti konistitutsion, hüquqi və dünyəviliyi əsas prioritet kimi qəbul edib. Və bu illər keçdikcə gənc ölkə kimi istər vətəndaş hüquqlarının qorunmasında , istərsə də vətəndaşlarının azadlıqlarının qorunmasında vəziyyət daha da yaxşılığa doğru artır. Nəzərə almaq lazımdır ki, biz bir xalq olaraq 70 ildən artıq dünyanın ən irtica rejimində - SSRİ də yaşamışıq. O dövrdə hansısa vətəndaş hüququndan və ya azadlığın qorunmasından söhbət gedə bilməzdi. Hal-hazırda bütün vətəndaşların hüquqları hüquq müstəvisində qorunur. Azərbaycanda yaşayan etnik nümayəndələrin də azadlıqları kifayət qədər qorunur və geniş statusa malikdirlər. Hər kəsin və o cümlədən istənlən bir siyasi təşkilatın ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir və bu sahədə də heç bur problem yaşanmır".
Ən mühüm məqamlardan biri də odur ki, Azərbaycanda hər bir vətəndaşa şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması da buna əyani sübutdur. Niyaməddin Orduxanlı deyir ki, Azərbaycanda mövcud sistemə nəzərən istənilən bir şəxs özünün şərəf və ləyaqətini qorumaq hüququna malikdir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər bir şəxsin hüquq müstəvisində müraciət etmək imkanları var: "Azərbaycan Respublikasının ali qanunları ilə ölkənin bütün vətəndaşlarının şərəf və ləyaqətini qorumaq öhdəliyi var və bunun təmin olunması üçün gərəkli olan bütün tədbirlər görülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 13- 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbayan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsində məhdudlaşdırılması qadağan olunan insan hüququları siyahısına digər hüquqlarla bərabər Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin III hissəsində təsbit olunmuş heç kəsə işgəncə və əzab verilə bilməməsi, heç kəsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməməsi, özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməməsi hüququ daxil edilmiş və bu hüquqların məhdudlaşdırılması və onlara dair qeyd-şərtlərin edilməsi düzünə göstərişlə qadağan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Onu da nəzərə çatdıraq ki, qanunvericilikdə, insanların şərəf və ləyaqətinin qorunması və müdafiəsi ilə bağlı bütün detallar nəzərə alınıb. Belə ki, eyni əməllər iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə qanunla altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən, döymə yəni, bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə minimum əmək haqqı məbləğinin iki yüz mislinədək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 133-cü maddəsi işgəncə vermə əməlinə görə cinayət məsuliyyət nəzərdə tutur. C.M-nin 133.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onu xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda insanların hüquqlarının keşiyində dayanan polislərin fəaliyyəti də müvafiq qanunlarla tənzimlənir. Bu qanunlarda da əsas insanların hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Niyaməddin Orduxanlı deyir ki, bu gün radikal müxalifət qüvvələri başqalarının hüquqlarını pozur, yaxud hansısa cinayət əməli törədir, polis bunun qarşısını almağa çalışanda, başqa cür qələmə verirlər: "Öncə onu nəzərə çatdırım ki, Polis haqqında Azərbaycan Respublikasının Qanununun 5- ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyətini tənzimləyir. Belə ki, qanuna əsasən, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsi məhkumların əsas hüquqları sırasında aşağıdakı hüquqları da müəyyən edir. Cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək; Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar 6 qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər. Bütün bunlar qanunlarımızda öz əksini tapıb. Bu səbəbdən də Azərbaycanda insan hüquq və azadlıqlarının, şəraf və ləyaqətinin dövlət tərəfindən yüksək qorunduğunu əminliklə söyləmək olar".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38