Ələkbərovlar İsmayıllını qarışdırmaq istəyirlər
10:25 01-04-2015
İQTİSADİYYAT
Ələkbərovlar İsmayıllını qarışdırmaq istəyirlər
Sabiq nazir radikal müxalifət nümayəndələrinin vasitəsiylə qarışıqlıq yaratmaq üçün planlar cızır
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov və qardaşı İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərov yenidən aktivləşiblər. Sözsüz ki, yarıtmaz fəaliyyətlərinə görə, vəzifədən çıxarılan bu şəxslərin aktivləşməsi mənfi yöndədir.
"Unikal"a daxil olan məlumata görə, Ələkbərovların İsmayıllıya nəzarət etdikləri dövrdə baş verən olaylar heç kimin yaddaşından silinməyib. Heç şübhəsiz ki, İsmayıllı hadisələri təkcə həmin günün deyil, ümumilikdə bir dövrün nəticəsi idi. Ələkbərovlar İsmayıllıya rəhbərlik etdikləri dövrdə camaatı cana-boğaza yığmışdılar. Son hadisələr də buna əyani sübut oldu. Sonuncü prezident seçkilərindən sonra yenidən ölkyə rəhbər seçilən İlham Əliyevin ilk imzaladığı sərəncamlardan biri də Füzuli Ələkbərovun işdən çıxarılması oldu. Bu əslində İsmayıllı hadisələri ilə pik nöqtəsinə çatan yarıtmaz fəaliyyətə kəsilən cəza idi. Nizami Ələkbərovun ardınca, əsas hamisi olan Füzuli Ələkbərovun da hakim komandadan qovulması son dövrlər yolunu azmış digər məmurlar üçün də bir nümunə idi. Amma görünən odur ki, Ələkbərovlar hələ də öz əməllərindən geri çəkilmək niyyətində deyillər. Belə ki, indi də köhnə oylaqları olan İsmayıllı barədə qara piar kampaniyasına start veriblər.
Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə İsmayıllıya icra başçısı təyin olunan Mirdamət Sadıqovun rayona gəlişindən sonra dirçəliş olub. Nizami Ələkbərovun dövründə yığılıb qalan problemlərin həlli istiqamətində atılan addımlar xüsusi vurğulanmalıdır. Ancaq Ələkbərovlar bu gün İsmayıllıda gedən uğurlu işləri gözü götürmədikləri açıq aşkar ortadadır. Bir müddət öncə radikal müxalifət nümayəndələrinin vasitəsiylə bu mənfur planı icra edirdilər. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, İsamayıllıda fəaliyyət göstərən radikal müxalifət nümayəndələri vasitəsiylə icra hakimiyyətinin əleyhinə kampaniya başlatmışdılar: "Ələkbərov qardaşları özləri açıq şəkildə mubarizə apara bilmirlər, amma son dövrlər İsmayıllıdakı yüksəllişi həzm edə bilmirlər. Elə ona görə də bütün mümkün variantları işə salaraq İsmayıllı rəhbərliyinin gördüyü işə kölgə salmağa çalışırlar. Radikal müxalifət nümayəndələrinə müxtəlif şikayət məktubu yazdırırlar, həmin məktublar isə "Azadlıq" və digər radikal müxalifət qəzetlərində o cümlədən bəzi saytlarda dərc olunur. İndi də rayonda yerli əhali arasında təfriqə yaratmaq üçün müxtəlif ssenarilər cızırlar".
Ən pisi odur ki, Ələkbərovlar öz mənfur niyyətlərini həyata keçirmək üçün Rauf Həsənov kimilərindən də istifadə edirlər.
Qısası, İsmayıllı sakinləri yaxın keçmişi unutmurlar. Bir vaxtlar rayonu üsyan mərkəzinə çevirənlər indi yenidən tarixin təkrarlanmasına çalışırlar. Amma onu da unutmaq lazım deyil ki, cəmiyyət həmişə keçmişdən nəticə çıxarır. Bu gün İsmayıllıda gedən quruculuq işləri, icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun sakinlərlə vaxtaşırı birbaşa ünsiyyəti rayonda sabitliyi daha da möhkəmləndirib. Yəni, Ələkbərovlar müxtəlif varinatlardan istifadə etsələr də, İsmayıllıda qarışıqlıq yarada bilməyəcəklər.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25