Müsavatda narazılıq əndazəni aşır
11:08 03-04-2015
İQTİSADİYYAT
Müsavatda narazılıq əndazəni aşır
Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasının gündəmə gəlməsi gərginliyi artırıb
Müsavat Partiyasının başqanı Arif Hacılı bütün strukturları formalaşdırandan və öz nəzarətinə keçirəndən sonra düşmənlərini sıradan çıxarmağa başlayıb.
Qubad İbadoğlunu zərərsizləşdirəndən sonra Vurğun Əyyubun da "vurulması" gerçəkləşir. Artıq bu istiqamətdə konkret addımlar da atılır. "Unikal"ın məlumatına görə, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib ki, partiyanın legitim orqanlarını tanımayan bir şəxsin Müsavat adından parlament seçkilərində namizədliyini irəli sürməsini məntiqsiz sayıram. Ancaq bütün hallarda bu məsələ Vurğun Əyyubun şəxsi işidir. N.Sadıqlı bildirib ki, Müsavat Partiyası üzvlərinin parlament üzvlüyünə namizədliyi Məclisin 4 aprel toplantısında təsdiq olunmayacaq: "Çünki hələ seçkilərə çox qalıb, bütün namizədlər dəqiqləşdiriləndən sonra yəqin ki, Məclisin növbəti toplantılarının birində bu məsələlərə baxılacaq".
N.Sadıqlı Müsavat Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılacağını vurğulayıb: "Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması Məclisin 4 aprel toplantısında gündəmə gələcək. Çünki bu, müsavatçıların haqqıdır və tələbidir. Vurğun Əyyubun yerinə hansısa partiya üzvü seçilərək, orada fəal iştirak edə bilər. Vurğun Əyyub Məclisdə iştirak etmirsə, bu orqanı legitim saymırsa, onun yerinə başqa adam seçilməlidir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli Nüşabə Sadıqlının Vurğun Əyyubla bağlı dediklərinin təəccüblü olmadığını vurğulayıb. Onun sözlərinə görə, son dövrlər Müsavat rəhbərliyindəki şəxslərin atdığı nizamnamədən kənar addımlar o qədər intensivləşib ki, artuq hər şeyi gözləyirlər: "Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasını qərəzli yanaşma kimi qəbul edirəm. Son zamanlar ziyalıların məqsədli şəkildə partiyadan çıxarılması xətti götürülüb. Qubad İbadloğlunun partiyadan xaric edilməsi, Vurğun Əyyuba qarşı sərgilənən münasibət buna bariz nümunədir.Vurğun Əyyub Müsavatın bərpa komitəsində NTK -nın sədri olmuş və 23 il ərzində partiyaya kifayət qədər əmək sərf etmiş və ziyalı kimi öz töhfələrini vermiş şəxsdir. Ona qarşı partiya rəhbərliyinin apardığı əks təbliğatı pisləyirəm. Bu onlara başucalığı gətirməyəcəkdir".
Ellada Məmmədli onu da deyib ki, Məclisin 60% rəhbərliyin sözünü deyənlərdir. Bu isə Vurğun Əyyubla bağlı istədikləri qərarı vermək anlamına gəlir. Müsavat rəhbərliyinin hazırkı yanaşmasının hansı perspektiv vəd etdiyinə gəlincə, Ellada xanım "Bu sualı bu işi görənlərə versəniz, daha məqsədəuyğundur", - deməklə kifayətləndi.
"Unikal"a açıqlamasında bir müddət öncə Müsavat rəhbərliyinin qanunsuz addımlarına qarşı çıxdığı və sərt açıqlamalar verdiyi üçün partiyadan çıxarılan keçmiş MNTK üzvü Əlövsət Talışxanlı da son günlər Müsavat rəhbərliyinin atdığı addımları pislədiyini bildirib: "Mən onsuz da Müsavat Məclisin legitimliyini qəbul etmirəm. Nüşabə Sadıqlı da qeyri-legitim Məclis sədridir, ona görə də onun dediklərini əhəmiyyətsiz hesab edirəm. Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasına gəlincə, deyə bilərəm ki, bu adamlar artıq başlarını itiriblər. Ona görə də ADR-in nüfuzundan istifadə etməyə cəhd göstərirlər. İş yox, güc yox, nə etsinlər. Qubad Ibadoğlunun Dövlət Departametindəki görüşləri artdıqca onlarda qaşınmalar başlayır. Bir də ki, qeyri-legitim və savadsızlardan nə gözləmək olar, heç nə. Onlar uzağı görmürlər".
Ə.Talışxanlı onu da bildirib ki, Müsavat rəhbərliyindəkilər yatıblar. Onun sözlərinə görə, yatmışlar onu maraqlandırmır: "Nəticə göz qabağındadır.ADR inkişaf edir. Qubad İbadoğlunun, ümumiyyətlə, ADR-in sədası çox-çox yuxarılardan gələcək. Bir Müsavatın indiki divanına baxın, orada kimlər var, yatsan, yuxuda bu adamları görməzdim. Mən mənən müsavatçıyam və mənim kimi minlərlə adam bu əqidənin yiyələridir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05