Azərbaycan məmurlarını 7 il həbs şoku gözləyir
13:08 04-04-2015
İQTİSADİYYAT
Azərbaycan məmurlarını 7 il həbs şoku gözləyir
Hansı oliqarxların biznesi onların başına iş aça bilər?
Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir. Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması nəticəsində mümkün olacaq.
Belə ki, Cinayət Məcəlləsinə əlavə ediləcək 200.2-ci (Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddəsinin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə - bilə idxal etmə, satma- bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin ikinci hissəsinə əsasən isə, "Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin üçüncü hissəsinə əsasən isə yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin dördüncü hissəsinə görə isə, yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə - bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir.Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada "az miqdar" dedikdə min manatadək olan dəyər başa düşülür.
Artıq bu əlavələr Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirə edilib və layihə plenar iclasa tövsiyə olunub. Onun yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.
Əlavələr qəbul edilərsə, bu, Azərbaycanda bəzi məmurların, onlara yaxın iş adamlarının ağır zərbə alması, hətta 7 ilədək həbs təhlükəsi ilə qarşılaşması deməkdir.
Məsələ burasındadır ki, KİV geni dəyişdirilmiş məhsulların böyük hissəsinin ölkəmizə ayrı-ayrı oliqarxların nəzarəti altında gətirildiyi barədə mütəmadi olaraq yazır. Məhz bu səbəbdən də hökumət GMO-lara qarşı müəyyən sərt addımlar atmağa çalışsa da, bu, əksər hallarda praktikada reallaşmır. Səbəb də məhz bəzi iri məmurların əllərindəki təsir rıçaqlarından istifadə edərək milyonlarla manat gəlir əldə etdikləri bu cür məhsulların Azərbaycana gətirilməsinə və onların satışına qarşı qanuni əngəllərə saymazyanalıq nümayiş etdirməsi ilə bağlıdır.
Amma görünən odur ki, hökumət belə məmurların müqavimətini qırmaqda və onlara qarşı sərt cəza tədbirləri görməkdə israrlıdır. Hər halda haqqında danışılan əlavələr Milli Məclis tərəfindən qəbul edilərsə, bu, xalqın sağlamlığını təhlükəyə atmaq bahasına milyonlar qazanan bəzi məmurlara ağır zərbə olacaq. Onlar önəmli gəlir qaynaqlarından məhrum olacaq, hətta azadlıqdan məhrum edilmək riski ilə qarşılaşacaqlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53