Nərimanov rayonunda dördmərtəbəli tikilidə yanğının qarşısı alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

13:21

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilidə yanğın baş verməsi barədə məlumat yayıb.

Unikal.org nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.