Ismayıllı da 100 yaşlı veteranın yubleyi bayram edilib
06:59 06-05-2015
İQTİSADİYYAT
Ismayıllı da 100 yaşlı veteranın yubleyi bayram edilib
Rayon İcra hakimiyyətinin başcısı Mirdaməd Sadıqov qələbə bayramı münasibətilə veteranlara bayram hədiyyəsi təqdim edib
Alman faşizmi üzərində qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanın bütün bölgələrində silsilə tədbirlərə start verilib. Həmçinin Azərbaycan bir dövlət olaraq 9 may qələbə günü ilə bağlı Kremldə keçiriləcək hərbi paradda bölüklə çıxış edəcək və rəsmi tribunada prezident İlham Əliyevin özüdə dayanacaq.
Yeri gəlmişkən əksər analitiklər hesab edir ki, ikinci dünya müharibəsində faşistlərin məğlubiyyətində Azərbaycanın müstəsna rolu olub. Ən azından SSRİ-nin yanacaq ehtiyatının böyük hissəsi Azərbaycan tərəfindən ödənilib və1,5 milyard ton yanacaq orduya göndərilib. Bununla yanaşı yüz minlərlə azərbaycanlı döyüşlərdə iştirak edib və bunların sırasında İsmayıllı rayon sakinləri də xüsusi ilə seçiliblər. Görünür bu səbəbdən İsmayıllı rayonuna xüsusi diqqət hər zaman olub və prezident İlham Əliyevin bu rayona xüsusi diqqəti də məhz bununla bağlıdır. Tək Alman faşizmi üzərindəki qələbəyə görə yox, həmçinin rayonda yeni iş yerlərinin açılması, abadlıq işlərinin həyata keçirilməsi də prezidentin diqqət mərkəzində olub və bu işlər sistemli şəkildə həyata keçirilib. İndi isə rayon qələbənin 70 illiyi ilə bağlı tədbirlərə start verib.Xatırladaq ki, rayonda hazırda 21 nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır.Bu gün keçirilən tədbirlərdə məhz bu insanları həm də sevindirmək, tarix qarşısındakı ödədikləri borcu yada salmaqdır.
Rayon İcra Hakimiyyətinin Qələbənin 70 illiyinə həsr etdiyi əhəmiyyətli tədbirlərdən biri veteranlarla gənclərin görüşünün təşkili olub. Rayon İcra hakimiyyətinin başcısı Mirdaməd Sadıqov qələbə bayramı münasibətilə iştirakçıları təbrik etmiş, veteranlara bayram hədiyyəsi vermiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsləhətləşmələr aparmış, hər kəsin arzu, təklif və fikrini öyrənmişdir. Gənclərin nümayəndələri Qarabağ müharibəsində böyük qələbəyə çatmaq üçün 40-cı illərin qaliblərindən örnək götürdüklərini bildirmişlər.
May ayının 4-də Gülüstan sarayında daha böyük təntənə vardı. Burada Qələbənin yetmiş illiyi, həm də Qalınçaq kənd sakini , İkinci Dünya müharibəsi veteranı Bilal Əliyevin 100 illik yubileyi geniş tərkibdə qeyd edilirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda çıxış edərək veteranlara, vətən uğrunda mərdliklə döyüşənlərə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışmış, Bilal Əliyevi 100 yaşı olması münasibətilə səmimiyyətlə təbrik etmiş, ölkə rəhbərinin hədiyyəsi olaraq minik avtomaşının açarlarını yubilyara təqdim etmişdir.
Bilal Əliyev Prezidentə çoxsaylı övladları, nəvələri, nəticələri və kötüycələri ilə birgə bugünkü xoşbəxt həyatına, gördüyü hörmət, qayğı və ehtirama görə Prezidentə minnətdarlıq etmiş və demişdir: "Prezidentimizin sərəncamı ilə kəndimizə asfalt yol çəkilib, 380 yerlik məktəb tikilib, hər evə içməli su verilib.Kəndimizdə, rayonumuzda hər iş yaxşılığa doğru gedir. 800 manatı rəhbərimizin canına dua edərək almışam.Bu gün də mənə maşın verilir. Belə böyük insana tayı-bərabəri olmayan sevimli rəhbərimizə deyirəm- Allah Sizi sevindirsin! Sizin varlığınız bizim sevincimizdir".
Millət Vəkili, rayonda keçirilən bütün tədbirlərdə rəhbərliklə birgə olan Novruz Aslanov ömrün yüz illik zirvəsinə çatan Bilal Əliyevi təbrik etdi, Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsində qazanacağı Qələbəni görməyi ona arzuladı.
Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, Bilal Əliyevin nəvəsi, Avropa və Dünya çempionu Tuncay Əliyevin, böyük oğlu Sahib Əliyevin çıxışlarında Dövlət başçısının ünvanına minnətdarlıq ifadə olundu. Dövlət qulluğu veteranı Valeh Salehov 100 yaşlı yubilyarı təbrik etməklə yanaşı bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə icra edən rayon rəhbərliyi mənəvi quruculuq sahəsində də uğurlar qazanır. Bugünkü möhtəşəm tədbir də bu quruculuğun ən mühüm mərhələlərindən biridir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin ansambılı, şəhər 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri bayram tədbirinə musiqi, mahnı, marş ovqatı qatdılar.
Aşıq Yanvarın oxuduğu mahnılar alqışlarla qarşılandı. Qalib veteran-babalar nəvələrinin yanına qəlblərində sevinc, əllərində qızıl gül dəstələri ilə qayıtdılar.
Bilal Əliyev isə Prezidentin hədiyyəsi olan minik maşınına əyləşdi, nəvəsi də maşını sürüb Qalınçağa getdilər.
Əliyev Bilal Şükür oğlu 1915-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur. 1918-ci ildə atası erməni qatillərə müqavimət göstərən zaman qətlə yetirilmişdir. 4 yaşında olarkən anasıda rəhmətə getmişdir. Böyük qardaşı Bilal Əliyevi böyütmüşdür.
Bilal Əliyev 1924-cü ildə Qalınçaq kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş və 1928-ci ildə həmin məktəbin 4-cü sinfini bitirmişdir. 1938-ci ildə ailə həyatı qurmuşdur. 1940-cı ilin fevral ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində 3-cü Belarus cəbhəsində 324-cü artilleriya diviziyasında döyüşmüşdür. Bilal Əliyev aşağıdakı döyüş orden və medalları ilə təltif olunmuşdur:
-1944-cü ilin may ayının 1-də "Moskvanın müdafiəsinə görə" medalı ilə,
-1945-ci ildə "Döyüş xidmətlərinə görə" medalı ilə,
-1945-ci il mayın 9-da "Almaniya üzərində Qələbə uğrunda" medalı ilə,
-1946-cı ildə "Genzberqşəhərinin alınmasına görə" medalı ilə,
-1965-ci ildə "Qələbənin 20 illiyi"yubiley medalı ilə,
-1975-ci ildə "Qələbənin 30 illiyi" yubiley medalı ilə,
-1985-ci ildə "Qələbənin 40 illiyi"yubiley medalı ilə,
-1980-ci ildə "Silahlı Qüvvələrin 60 illiyi" yubiley medalı ilə,
-2010-cu ildə "Qələbənin 65 illiyi" yubiley medal ilə,
-2010-cu ildə "Moskvanın Müdafiəsinin 65 illiyi" medalı ilə.
Əliyev Bilal müharibə illərində sıravi əsgər olaraq 76 mm-lik zenit topunda 2-ci dərəcəli atıcı kimi xidmət etmişdir. Döyüş yolu Moskva şəhərindən Genzberq şəhərinə qədər olmuşdur.
O, 1945-ci ilin sentyabr ayının 25-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurub Qalınçaq kəndinə qayıtmışdır. Kəndə qayıtdıqdan sonra kolxozda uzun müddət təsərrüfat birqadiri, ferma müdiri, təftiş komissiyasının sədri kimi vəzifələrdə çalışmışdır. 27 aprel 1979-cu ildə "Əmək veteranı"medalı ilə təltif olunmuşdur.
Əliyev Bilal Şükür oğlu gözəl ailə başçısı olmaqla tərbiyəli və vətənpərvər övladlar böyütmüşdür. 7(yeddi) övlad atasıdır. 3 oğlu, 4 qızı, 29 nəvəsi, 64 nəticəsi, 21 kötükcəsi vardır. Oğlanlarının hər 3-ü ali təhsilli kənd təsərüffatı mütəxəssisidir.
Əliyev Bilal kənddə bir ağsaqqal kimi həmişə ön sıralarda gedir və kəndin bütün ictimai işlərində yaxından iştirak edir. Qalınçaq kənd məktəbinin müəllim və şagird kollektivi ilə müntəzəm əlaqə saxlayır və vətənpərvər gənclərin yetişməsi üçün faydalı məsləhətlər verir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53