"Bakcell"lə "Azercell" arasında "savaş" yenidən qızışdı
11:21 07-05-2015
İQTİSADİYYAT
"Bakcell"lə "Azercell" arasında "savaş" yenidən qızışdı
İki iri mobil operatorun davasından vətəndaşlar əziyyət çəkir
Azərbaycanın iki aparıcı mobil operatoru arasında "savaş" davam edir. Bu dəfə qarşı tərəfə ilk "atəş" "Bakcell"dən gəlib.
Belə ki, "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer iki gün əvvəlki açıqlamasında "Azercell"in ünvanına sərt ittihamlar səsləndirib. "Azərbaycanda mobil nömrə daşınması sistemindən gözləntilər özünü doğrultmayıb" - deyən Riçard Şirer daha sonra bildirib: "Biz rəqəmin istifadəçi fəallığı baxımından daha yüksək olaraq gözləyirdik. Gözləyirdik ki, daha böyük sayda aktiv istifadəçi nömrəsini "Bakcell"ə daşıyacaq. Azərbaycanda mobil nömrələrin daşınması xidməti fəaliyyətə başlayandan 2014-cü ilin sonuna qədər digər mobil operatorlardan "Bakcell"ə keçən istifadəçilərin sayı 65% artıb. İndiki qaydalar imkan verir ki, bir abunəçi bir mobil şəbəkədən digər şəbəkəyə keçsin. "Azercell" şirkəti öz nömrələrini digər mobil operatorun şəbəkəsinə daşınmasını bloklayırdı. Yəni, mobil operatorun müştərilərinin çoxu digər operatorun şəbəkəsinə keçmək istəyirdi, amma o şirkət buna imkan vermirdi. Amma artıq qüvvəyə minən yeni qaydalar abunəçilərə daha rahat şəkildə nömrələrini digər mobil operatorun şəbəkəsinə keçirməyə imkanlar verəcək".
Xatırladaq ki, bu, "Bakcell"ə "Azercell" arasında yaranan ilk ixtilaf deyil. Hələ 2013-cü ilin avqustunda Mobil Nömrə Daşınması prosesinin yubadılmasının məsuliyyətini "Azercell"in üzərinə atmışdı.
Ümumiyyətlə, müxtəlif vaxtlarda bu şirkətlərin konflikti hətta məhkəmə müstəvisinədək gedib çıxıb. Maraqlı burasıdır ki, yalnız "Bakcell"in yox, digər mobil operatorun - "Azərfon"un məhkəmə çəkişmələri də əsasən "Azərcell"ədir.
Qeyd etmək artıqdır ki, sonuncu ölkənin mobil rabitə bazarında inhisarçı mövqelərə sahibdir. Elə bu səbəbdən də digər mobil operatorlar daim "Azərcell" arasında ixtilaf yaşanır, məhkəmə ilə bərabər, onlar arasında qarşılıqlı şiddətli ittihamlar səslənir.
Bunu "Bakcell"in 2013-cü ildəki bəyanatındakı "Bakcell əmindir ki, MND prosesi Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaqdır" sözləri ilə yekunlaşırdı. Bununla həmin vaxt mobil operator eyham vurmuş olur ki, Mobil Nömrə Daşınmasının işə düşməsi bazardakı inhisarçılığı aradan qaldırmağa yönəlmiş mütərəqqi addımdır; amma öz monopolist maraqları naminə bunu istəməyən, rəqabət mühitinin yaranmasını arzulamayanlar var. Ad çəkilməsə də, nəzərə alsaq ki, bazardakı inhisarçı mobil şirkət "Azərcell"dir, onda "Bakcell"in ittihamlarının gizli hədəfinin məhz o olduğuna şübhə yeri qalmırdı.
İndi maraqlı olan qarşı tərəfdən "Bakcell"in kifayət qədər yetkili şəxsinin - baş icraçı direktoru Riçard Şirerin ittihamlarına hansı cavabın veriləcəyidir. İstənilən halda isə bu açıqlamanı iki iri mobil şirkət arasında yeni "soyuq savaş" mərhələsi kimi dəyərləndirməmək mümkün deyil.
Onların bu ixtilafları səbəbindən Azərbaycanda mobil nömrə daşınması sistemindən gözləntilərin özünü doğrultmaması isə şübhəsiz müştərilərin, yəni vətəndaşların maraqlarına zərbə vurur.
Buradan kimin qalib çıxacağını isə yəqin ki, zaman göstərəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05