Saakaşvilinin düşməni Moskvada güllələndi
13:03 22-05-2012
CƏMİYYƏT
Saakaşvilinin düşməni Moskvada güllələndi
Qiyamçı generala motosikletçilər atəş açıblar
Gürcüstan silahlı qüvvələrinin keçmiş generalı, 25-ci Batumi briqadasının keçmiş komandanı Roman Dumbadze Moskvada qətlə yetirilib. Qatillər Dumbadzeni Rublyovskaya şosesindəki evinin yanında öldürüblər.
Generalı motosikletdə olan naməlum şəxslər güllələyiblər. Həmin motosiklet isə sonradan yaxınlıqdakı həyətdən tapılıb.
Dumbadze 2004-cü ildə Gürcüstan-Acarıstan konflikti zamanı rəsmi Tiflisə, daha doğrusu prezident Saakaşviliyə tabe olmamaqla məşhurlaşmışdı. Həmin ərəfədə o, komandanı olduğu briqada ilə acar lideri Aslan Abaşidzenin tərəfinə keçmişdi. Abaşidze Moskvaya qaçandan sonra general həbs edilmişdi.
2008-ci ildə isə Gürcüstan hökuməti Dumbadzeni 12 gürcü hərbçisinin əvəzinə Rusiya ilə dəyişmişdi. Eks-general Rusiya vətəndaşlı idi.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49