Prezident
Mayın 10-da Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramda çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdiriblər.

Gül bayramından fotolar tezliklə Modern.az-da yerləşdiriləcək...