İşdən

İşdən qovulan rəisin həbsinin pərdə arxası gizlinləri üzə çıxır

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onun şirkətindəki şəriki niyə həbs olunub?
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar. Son bir neçə gün ərzində sosial şəbəkələrdə, eləcə də bəzi saytlarda bu barədə müxtəlif məlumatlar dolaşmaqdadır.
"Unikal"ın apardığı araşdırmaya görə də, Rəşad Məmmədov həbs olunub. Verilən məlumata görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar. Lakin apardığımız araşdırmanın nəticələrini dəqiqləşdirmək niyyətimiz baş tutmayıb. Belə ki, hüquq-mühafizə orqanlarından R.Məmmədovla A.Əsgərovun saxlanılmasının təfərrüatlarını dəqiqləşdirməyə çalışsaq da, nəticə əldə edə bilmədik.
Qeyd edək ki, R.Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisidir. Şirkətə faktiki rəhbərlik edən A.Əsgərov isə onun bacısının əridir.
Onu da nəzərə çatdıraq ki, bir neçə gün öncə daha ilginc məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov Prezident sərəncamı ilə işdən azad edildəkdən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, başına torba keçirilərək naməlum istiqamətə aparılıb. Bugünkü (dünənki – red.) xəbər isə sabiq idarə rəisinin həbsinin real olduğunu göstərdi.
"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov Prezident sərəncamı ilə işdən azad edilməsinin arxasında ciddi məqamlar var. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Rəşad Məmmədovun həbsinin arxasındakı ciddi səbəblərdən biri də onun rəhbəri olduğu qurumda yol verdiyi ciddi nöqsanlardır. Amma həmin maxinasiyaların detalları barədə təfsilatlı araşdırmdan sonra məlumat verəcəyik.
İnformasiya şöbəsi