İsa Qəmbərlə Arif Hacılıya qarşı şok ittihamlar
07:52 13-05-2015
İQTİSADİYYAT
İsa Qəmbərlə Arif Hacılıya qarşı şok ittihamlar
Elbəyi Həsənli Müsavatın yeni başqanını "alçaq" adlandırdı, sabiq rəhbərə isə özünü asmağı məsləhət gördü
Məlum olduğu kimi, Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı partiya sıralarından xaric edilib.
Dünən partiya Divanının növbəti toplantısı keçirilib.İclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib. Toplantıda partiya qərargahı önündə keçirilən piketin təşkilatçılarının fəaliyyəti müzakirə edilib. Müzakirələrin yekununda Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin, Rahib Mirələmovun və Əli Qasımlının nizamnamə qaydalarını pozduğuna görə partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, Suraxanı və Ucar Rayon təşkilatlarının seçkili orqanları buraxılıb, Suraxanı təşkilatında 12, Ucar təşkilatında isə 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər. Piketdə partiyanın Suraxanı və Nizami rayon təşkilatları fəallıq göstəriblər.
"Unikal"ın məlumatına görə, tanınmış jurnalist və müsavatçı Elbəyi Həsənli, Müsavatın indiki və keçmiş başqanlarını sərt tənqid edib. O, Arif Hacılını "səviyyəsiz", "alçaq" adlandırıb, onu Müsavata "ermənidən betər" pislik etməkdə ittiham edib, "sən" deyə müraciət etdiyi İsa Qəmbəri isə Arif Hacılının "dalınca sürünməkdə" günahlandıraraq, onu Azərbaycan xalqından üzr istəməyə çağırıb: "Nə qədər ki, Arif Hacılı İsa Qəmbərin dalınca gedirdi, hər şey əla idi. Elə ki, İsa Qəmbər Arif Hacılının dalınca sürünməyə başladı, Azərbaycanın siyasi səhnəsində rəzalətə start verildi. Hazırda Azərbaycan xalqı son dərəcə iyrənc olan bu mənzərəni seyr etməkdədir. Müsavat Partiyası kimi kübar bir təşkilat Arif Hacılı kimi birinin inhisarına keçib. O da özü kimilərini başına yığaraq, on illərlə Müsavat Partiyasında can qoymuş şəxsləri təşkilatdan kənara atır. Etiraz edəndə isə deyirlər ki, Müsavat Partiyasına qarşı total təbliğat gedir. Təbii ki, yalan danışırlar. Azərbaycan xalqı yoxdan bir dövlət yaratmış Müsavat Partiyasına həmişə rəğbət bəsləyib. Və insanlar Müsavat Partiyasına yox, məhz sizlərin hərəkətinə etiraz edir.İsa Qəmbər də 20-30, hətta 40 il çiyin-çiyinə getdiyi şəxsləri xəyanətdə suçlayır. Bu qədər insana, xüsusən dostlarına satqın deyən özü-özünü lider kimi bitirib. Bundan sonra hansı axmaq sənin dalınca gedər, cənab İsa Qəmbər? Mən həmişə Əli Kərimliyə qarşı olmuşam. Ancaq dostlarına münasibətdə o, son dərəcə diqqətlidir. Bir cəbhəçinin burnu qanayanda həmən yanındadır. Ailəsinə, valideyninə mənəvi dəstək verər. İllərlə həbsdə yatan müsavatçılar var ki, bir dəfə qapısını açmamısan. Dünya gör-götür dünyasıdır.Yaxşı şeyi gec də olsa öyrənmək lazımdır.Sən həyatının ən kamil dövrünü yaşayırsan. Və belə bir dövrdə bu qədər səhv etmək, bu ağlasığmazdır. Ona görə dünya görmüş kişilər deyib ki, Allah insanın ağlını alınca, canını alsın… Problem ondadır ki, sən öz missiyanı unutmusan. Sən millətin son ümidlərini də çilik-çilik etdin, fərqində deyilsənmi? Sizin kənddə necədir, bilmirəm. Bizim kənddə alçağın yanında dayanana kişi demirlər. Müsavat Partiyasının başqanı erməni olsaydı belə o, bu təşkilata bu qədər pislik etməzdi. Mən əminəm, vaxt gələcək müsavatçılar Arif Hacılını divara dirəyəcəklər.Və bu əməllərinə görə onun üzünə tüpürəcəklər… Siz Müsavat Partiyasına, Məmmədəmin kişiyə, üçrəngli bayrağa xəyanət etmisiz. Tarix sizləri lənətləyəcək. Arif Hacılı partiyanı ailəsinin oyuncağına çevirmək üçün müsavatçılara divan tutdu. Siz isə "İsa Qəmbərsiz Müsavat belə olar" fikrini aşılamaq üçün bu rəzalətə rəvac verdiniz…Bilirəm, məni də xain elan edəcəksiz. Olsun. Amma bir də Rafiq İsmayılın açıqlamasına nəzər sal. Axı o, sənin də müəllimin olub. O, birmənalı şəkildə dedi ki, sizlər, yəni Arif Hacılı (əminəm ki, elə sizi də nəzərdə tutaraq) Müsavat Partiyasını dərəyə çevirdiniz… Mən sizin yerinizə olsaydım, özümü asardım. Millətin son ümidini də məhv edən birisinin yaşamasının nə anlamı var ki.Çıxış yolu varmı? Var. Həmən Müsavat Partiyasından qovulan və xain elan olunan insanlardan rəsmən üzr istəyin. Onlarla təkbətək görüşlər keçirin. "Mən ölüm" deyin, "qurban olum" deyin, insanlarla dil tapın, anlaşın, günahlarınızı etiraf edin. Əminəm ki, bunu etməyə cəsarətiniz çatsa, ən azı 10 nəfərdən 7-si geri dönəcək. Yerdə qalanlarla da danışıqları davam etdirmək lazım gələcək".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05