Rizvan Vahabovun adı 200 minlik maxinasiyada
15:32 19-05-2015
İQTİSADİYYAT
Rizvan Vahabovun adı 200 minlik maxinasiyada
ARDNŞ-in Neft Kəmərləri İdarəsinin sabiq rəisi, iş adamını kimlər himayə edir?
Dövlət Neft Şirkətinin Neft Kəmərlər İdarəsinin sabiq rəisi, iş adamı Rizvan Vahabovla bağlı mətbuatda müntəzəm məlumatlar yayılmasa da, onun fəaliyyətindəki qaranlıq məqamlar hər zaman müəyyən dairələrin diqqət mərkəzində olub.
Xüsusən də onun 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul verməsi ilə bağlı iddialar hələ də təkzib olunmayıb. Burdan da aydın olur ki, Rizvan Vahabov həmin dövrdə 300 min dollar xərcləyib. İddiaya görə, Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan Vahabov ARDNŞ prezidenti postuna təyinat alacağı təqdirdə əlavə 30 milyon dollar da verəcəkmiş.Biz bu iddialardan yola çıxıb bəzi maraqlı qənaət,fərziyyə və ehtimallarla çıxış etmişdik; yazı dərc olunduqdan sonra isə redaksiya rəhbərliyi ilə əlaqə saxlayan Rizvan Vahabov barəsindəki iddiaları yalan adlandırıb.Amma R.Vahabov kokret arqumentlər gətirərək təkzib etməyib. İddiaların yalan olmasını deyən ARDNŞ-in sabiq idarə rəisinin hansı səbəbdən həmin "yalan və iftiraların müəllifi"nə qarşı hüquqi yollara baş vurmaması qaranlıq qalır.
R.Vahabovun qanunsuz əməlləri bununla bitmir. Bir müddət öncə Bakı şəhər Yasamal rayonu M.Muxtarov küçəsi, 145 saylı binanın bir qrup sakini prezident İlham Əliyevə, H.Əliyev Fondunun prezidenti ölkəninin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdılar. Müraciətdə bildirilir ki, ARDNŞ-in Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü,iş adamı Rizvan Vahabovun "dələduz əməlləri" nəticəsində onların mülkiyyət hüquqları pozulub. Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində "Günəş" İKF-na təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan "Volbak" MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir. Tikintini aparan "Volbak-H" MTK şikayətçilərlə müqavilə bağlayıb və şikayətçilər tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər.Qeyd olunur ki, "Günəş" İKF Rizvan Vahabovun 80 yaşlı qaynanası Anna Qoloveşkinanın adına sənədləşdirilib. Buna baxmayraq "Günəş" İKF Rizvan Vahabov tərəfindən idarə olunur və daha əvvəl də "Günəş" İKF Rizvan Vahabov tərəfindən başqa bir sahibkardan dorlandırıcılıq yolu ilə əldə edilib. Faktiki olaraq Rizvan Vahabov "Günəş" İKF-nu "oğurlayaraq" qaynanasının adına keçirdiyi idda olunur.
İddiaya əsasən sözün həqiqi mənasında milyoner olan keçmiş məmur Rizvan Vahabovun sərmayəsinin və mülklərinin böyük bir hissəsini 80 yaşlı qaynanasının adına rəsmiləşdirərək idarə edir. Belə ki, Rizvan Vahabovun Bakı şəhərində yanacaq doldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz 80 yaşlı qaynanası Anna Qoloveşkinanın adına rəsmiləşdirilib. Lakin bütün bu varidatlar heç də Rizvan Vahabovun mal varlığının heç də hamısı deyil. Bildirilir ki, Rizvan Vahabov bütün bu vəsaitləri ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəisi işlədiyi zaman dövlət vəsaitlərini mənimsəməklə əldə edib. Elə bu üzdən də tutduğu vəzifədən azad olunub. Lakin buna baxmayaraq Rizvan Vahabov hamilərinin səyləri nəticəsində cinayət məsuliyyətindən yaxa qurtararaq mənimsədiyi milyonları qaynanasının adına rəsmiləşdirə bilib.
Maraqlıdır ki, Rizvan Vahabovun adı "AzərRoss" cinayətində hallanıb. Cinayətin sifarişçisi olaraq həbs olunan Hümmət Məmmədovun, cinayətin qurbanı Əflatun Piriyevin və "Avesta" Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim İbrahimovun şəriki olub. Elə yuxarıda adı çəkilən "Volbak" MMC-nin və "Volbak-H" MTK-nın təsisçiləri "AzərRoss" cinayətində öldürülən Əflatun Piriyev və Rizvan Vahabov olublar.
Əflatun Piriyev öldürüldükdən sonra isə Rizvan Vahabov təsisçiliyi qaynanasının adına keçirərək digər payçılarla bağlanmış müqavilələrin qüvvədən düşməsi haqqında saxta sənəd əldə edib. Bundan sonra isə çox saylı məhkəmə proseslərinin keçirilməsinə baxmayaraq, 145 saylı binanın sakinlərinin mülkiyyət hüquqları bərpa olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2013-cü tarixli 17297/17471 saylı rəyində Anna Qoloveşkinanın "Volbak" MMC-nin hesabına köçürdüyü 3482000 manat və 200000 ABŞ dolları ilə bağlı kassa-mədaxil orderi saxta elan olunsa da, payçıların mülkiyyət hüququ məhkəmə tərəfindən təmin olunmayıb. Bu durumda mülkiyyət hüquqları pozulan və Rizvan Vahabovun saxtakarlıqları üzündən külli miqdarda ziyana düşən payçılar yüxarıda gösərilən ünvanlara müraciət edərək ədalətin bərpa olunmasını xahiş edirlər.
Ancaq buna baxmayaraq, R.Vahabov hələ də törətdiyi əməllərə görə məsuliyyət daşımır.Görünən odur ki, onu hansısa güclü əllər himayə edir.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05