Müsavatda "təmizləmə" əməliyyatı bitdi
15:35 19-05-2015
İQTİSADİYYAT
Müsavatda "təmizləmə" əməliyyatı bitdi
Məlum olduğu kimi, Müsavat Partiyası Xətai rayon təşkilatının Şura iclasında Müsavat Partiyasının Qadınlar Şurasının sədri Ellada Məmmədlinin partiyadakı fəaliyyəti müzakirə edilib.
O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılaraq Şuranın qərarı ilə partiya sıralarından xaric edilib. Bu qərar Arif Hacılıya qarşı çıxan əsas şəxslərlə bağlı sonuncu qərar kimi qəbul oluna bilər. Çünki Ellada Məmmədli asi müsavatçılardan sonuncu magikan kimi qəbul olunmalıdır. Yəni, bununla da Arif Hacılıya qarşı əsas şəxslər Müsavatdan "təmizlənmiş" oldu.
Bu barədə "Unikal"a açıqlama verən Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib ki, Müsavat partiyasından çıxarılmağım birbaşa Arif Hacılının sifarişidir. Partiya sıralarından xaric olunan E.Məmmədli Müsavat rəhbərliyinə etirazını bildirib: "Xətai rayon təşkilatında məni partiyadan xaric edənlər vaxtilə mənim zəmanətimlə partiya üzvülüyünə qəbul olunmuş şəxslərdir. O cümlədən də Dilşad Nağıyeva. Onun siyasi fəaliyyət adına gördüyü heç bir iş yoxdur". E.Məmmədli partiyadan çıxarılsa da müsavatçı olaraq qalacağını deyib: "Onlar məni partiyadan çıxarsalar da Müsavatdan gedən deyiləm. Mən müsavatçıyam, canım da, qanım da Müsavatdadır. Mən xalq hərəkatında mübarizə aparanda bu günkü Xətai rayon təşkilatı rəhbərliyi heç onun kandarından da keçməmişdi. Məni Müsavatdan Arif Hacılı çıxartdırıb. Hamı bilsin ki, Hacılı qardaşları Müsavatı çapıb-dağıdır. Müsavatda Müsavatlıq qalmayıb artıq".
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı da Ellada Məmmədliyə qarşı atılan bu addımı qətiyyətlə pisləyib. O bildirib ki, Xətai rayon təşkilatı Ellada Məmmədlinin partiyadan xaric edilməsi barədə qərarını Müsavat rəhbərliyinin sifarişi əsasında qəbul edib və burada Nizamnamə və partiyanın ümumi maraqları nəzərə alınmayıb. Onun sözlərinə görə, E.Məmmədlinin Müsavat Partiyasından xaric edilməsi qurultaydan sonra davam edən qarşıdurmanı daha da dərinləşdirəcək: "Rayon təşkilatının belə bir qərar verməsi gərginliyin yaranması istiqamətində yeni cəbhə açacaq. Ellada xanım sıravi üzv deyil, Qadınlar Birliyinin sədri idi. Qadınlar Birliyi partiya Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən strukturlardan sayılırdı. Ellada Məmmədlini çıxarmaqla partiyanın işlək olan bir qurumunu iflic vəziyyətə saldılar. Belə bir addımın atılması yanlış idi".
T.Abbaslı qeyd edib ki, hazırda Müsavat Partiyasında qrup maraqları önə çəkilir: "Ötən həftə partiya Divanı Suraxanı rayon təşkilatının sədrini və üzvünü Müsavatdan xaric etdilər. Bundan əlavə, onların yaratdıqları Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsini də buraxıb, yenisini yaradıblar. Axı, bu nə deməkdir? Buraxılan təşkilat komitəsini Suraxanı təşkilatının Şurası səsvermə ilə yaratmışdı. Divanın belə bir addım atması sübut edir ki, Müsavatda əsas qrup maraqlarıdır. Onlar yeni təşkilat komitəsinə Arif Hacılıya yaxın şəxslərin adlarını salıblar. Belə davam edərsə, partiyada vəziyyət daha da gərginləşəcək".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53