Müsavatda Vurğun Əyyub əməliyyatı davam edir
11:40 23-05-2015
İQTİSADİYYAT
Müsavatda Vurğun Əyyub əməliyyatı davam edir
Arif Hacılı əzəli rəqibini partiyadan uzaqlaşdırsa da, partiyadakı əleyhdarları yeni cəhdlər edirlər
Məlum olduğu kimi, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. "Unikal"ın məlumatına görə, iclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Şura ozəyin qərarlarının saxta olduğunu müəyyənləşdirib və özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədrinə töhmət verilməsi barədə qərar qəbul edib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADR-in sədr müavini Vurğun Əyyub deyib ki, belə bir qərarı gözləmirdi: "Sözün doğrusu, Müsavat Partiyasından çıxarılmağımla bağlı qərarın ləğvi mənim üçün gözlənilməz oldu. Binəqədi rayon təşkilatının özəyi Nizamnaməyə zidd olaraq iştirakım olmadan, uydurma əsaslarla məni partiyadan uzaqlaşdırmışdı". O, Binəqədi rayon təşkilatının Şura üzvlərinə təşəkkürünü bildirib: "Dünən keçirilən rayon təşkilatının Şura iclası özəyin qərarını ləğv edib. Mən Şura üzvlərinə göstərdikləri bu diqqətə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Müsavatda heç də hamı partiya rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının Nizamnamədən kənar addımlarına göz yummaq, onların sifarişlərinə tabe olmaq niyyətində deyil".
Ancaq Arif Hacılı və tərəfdarları bu addımı cxavabsız qoymayıblar. Belə ki, V.Əyyubun partiya sıralarına qəbul edilməsi ilə bağlı Binəqədi rayon təşkilatının şura üzvlərinin yaydığı məlumata partiya rəhbərliyi münasibət bildirib. Başqan müavini Elman Fəttahın verdiyi məlumata görə, belə bir qərar yoxdur və Vurğun Əyyubun partiyaya o şəkildə bərpa olunması mümkün deyil: "Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb. Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir".
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da deyib ki, Vurğun Əyyubun Müsavat Partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatı Şurasının qərarı araşdırılır. O bildirib ki, V. Əyyubla bağlı məsələ partiya müavinliyi tərəfindən araşdırılır və Nizamnaməyə uyğun qərar veriləcək: "Lazım gəlsə, bu məsələ Mərkəzi Nəzarət-Təftiş Komissiyasında da, Divanda da araşdırıla bilər. Hər şey partiyanın Nizamnaməsinə uyğun olacaq və burda başqa şey ola bilməz".
Ancaq fakt odur ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib və İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Bununla da Vurğun Əyyub Müsavat üzvü hesab edilir.
Sözsüz ki, Müsavat başqanı Arif Hacılı əsas rəqibi olan Vurğun Əyyubun bu şəkildə partiyaya qayıtmasına imkan vermək niyyətində deyil. Artıq bununla bağlı lazımi göstəriş də verilib. Belə ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib ki, Vurğun Əyyubun Müsavat Partiyası üzvlüyünə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq". O bildirib ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının mayın 19-da keçirilən Şura iclasında Nizamnamə pozuntusuna yol verilib: "Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, Şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar Şuranı üzvlərin 3/1-i çağırıla bilər. Yəni, göründüyü kimi orada Nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, Şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05