"Nurgun" Şirkətlər Qrupunun mağazaları barədə şok iddialar
15:30 26-06-2015
İQTİSADİYYAT
"Nurgun" Şirkətlər Qrupunun mağazaları barədə şok iddialar
Hindistan "Nissan"ları, "Rəvan Sığorta"nın inhısarı, keyfiyyətsiz məhsul və od püskürən qiymət
"Nurgün" Şirkətlər Qrupuna daxil olan "Nurgun Motors" tərəfindən Azərbaycana gətirilən "Nissan" avtomobillərinin detalları Hindistanda yığılır. Nəzərə alsaq ki, Hindistan azad iqtisadi zonaları olan ölkələr sırasına daxildir, "Nurgun Motors" xarici ticarətdə bir sıra güzəştlərdən (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi) bəhrələnməmiş deyil. Bu barədə mətbuatın araşdırmalarında deyilir.
Sayt yazır ki, buna görə də "Nissan " avtomobilləri Azərbaycan alıcısına bazar qiymətləri ilə deyil, şirkətin müəyyənləşdirdiyi tariflərlə təqdim edilir: "Məsələnin bir başqa tərəfi də avtomobillərin keyfiyyəti ilə bağlıdır. "Nurgun Motors"dan bildirilir ki, salondan alınan hər bir avtomobilə 5 il müddətinə və ya 100 000 km zəmanət verilir. Amma ölkədə son 5 ildə baş verən qəzaların statistikasına nəzər yetirsək, əksəriyyəti "Nissan" modeli olub".
Araşdırmada daha sonra bildirilir: "Sirr deyil ki, Azərbaycanda sığorta şirkətlərinin əksəriyyəti bankların əlavəsi kimi fəaliyyət göstərir. "Nurgün" Şirkətlər Qrupuna daxil olan "Rəvan Sığorta Şirkəti" isə konkret "NBS Bank" və "Nurgun Motors"la birlikdə avtomobil satır. Yəni, "Nissan", "Ford", "Renault", "İnfiniti" markalı avtomobillərin kreditlə satışı zamanı sığortaçı qismində məcburi qaydada "Rəvan Sığorta Şirkəti" çıxış edir. Avtomobil alana bank məsələsində olduğu kimi (avtomobil krediti "NBS Bank"da açılır) sığorta şirkətini də müəyyən etmək seçimi verilmir. Salonda açıq şəkildə bəyan edirlər ki, alınan avtomobili bu sığorta şirkəti sığortalamalıdır, vəssalam. Digər bir məsələ bahalı bank faizlərilə paralel sığorta faizlərinin də yüksək olmasıdır. Bütün alqı-satqı prosesinin eyni əldə cəmləşən müəssisələr tərəfindən reallaşmasına baxmayaraq, güzəştdən söz belə getmir.
Daha bir məqam "Nurgün" Şirkətlər Qrupunun sahibi Nuru Əliyevin maliyyələşdirdiyi "Rəvan Futbol" klubunun oyunçularının sığortasının da "Rəvan Sığorta Şirkəti" tərəfindən reallaşdırılmasıdır. Sığorta şirkəti eyni zamanda klubun rəsmi sponsorudur.
Ekspertlərin rəyinə görə, bütün sığorta prosedurlarının qrupun öz içində həll edilməsində məqsəd kənara getmək şansı olan pulları daxildə saxlamaqdır. Yəni, pul sadəcə sağ əldən sol ələ ötürülür.
"Nurgün" Qrupa daxil olan əsas istehsal müəssisələrindən biri də "Büllur" fabrikidir. Müəssisədə məişət kimyası məhsullarının təxminən bütün çeşidləri istehsal olunur. "Bello" qabyuyan vasitələr, "Bellosil" şüşətəmizləyən vasitələr, "Bello" gigiyenik təmizləyici tozlar, habelə "Bello" maye sabunları və s. Yeri gəlmişkən, araşdırma zamanı ondan istifadə edənlər bu məhsulların yüksək keyfiyyətli olduğu ilə bağlı heç nə demədilər.
"Büllur" fabrikindən başqa Nurgün Şirkətlər Qrupu "Bəyaz Süd" süd məhsulları zavoduna sahibdir. Bu marka altında müxtəlif növ süd məhsulları - xama, qaymaq, dovğa, ayran, qatıq, pendir, yağ, kəsmik və s. istehsal olunur. Verilən məlumatlara görə, "Nurgün" Salyanın Qaraqaşlı kəndində kolxoz dövründən qalma ixtisaslaşdırılmış fermanı alaraq özəlləşdirdikdən sonra ərazidə süd zavodu açıb. Zavodun məhsulları əsasən bölgələrə paylanır. Keyfiyyətinə görə, digər yerli istehsal məhsullarına xeyli uduzur. Əslində zavod Türkiyənin "Beyaz süt" əmtəə nişanını imitasiya etmək istəyir. Hətta zavodun veb səhifəsində "Haqqımızda" bölməsi Türkiyə saytlarından götürülərək olduğu kimi də yerləşdirilib".
Həmçinin o da qeyd olunur ki, istehlak bazarında od püskürən "Kontinental" və "Ailə" supermarketləri də "Nurgün" Şirkətlər Qrupuna daxildir: "Xüsusilə "Kontinental" bahalı qiymət siyasəti yeridir. Məsələn, siz "Nutella" şokolad yağını ölkədə fəaliyyət göstərən əksər supermarketlərdən 8, "Kontinental"dan isə 15 manata əldə edə bilərsiniz. Eləcə də digər əmtəə nişanlı qida məhsullarını. Mövzu ətrafında rəyini öyrəndiyimiz mağaza
meneceri bunu məhsulların Almaniyadan gətirilməsi ilə izah etdi. Amma qiyməti ilə maraqlandığımız əmtəə nişanları Türkiyə istehsalı idi. Yəni, alıcılara burada da yalan məlumat verilir..."
Qasım
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05