İsti havada əmək hüququ pozulan işçilər
Yayın ilk ayı olmasına baxmayaraq, havalar bu fəslin ən qorabişirən ayı sayılan avqustda olduğu kimi isti kecir. Hidrometerioloqların məlumatına görə, havanın temperaturu açıq havada 40 dərəcəni keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qarşıdakı iki gün ərzində isə havadan insaf gözləmək yersizdir. Hətta Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da havaların isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.
Həkimlərin xəbərdarlığına görə, son günlər havaların isti keçməsi səbəbindən günvurma halları çoxala bilər. Xüsusilə günvurmaya saat 12.00-dan saat 16.00-a qədər bayırda uzun müddət fiziki işlə məşğul olan insanların daha çox məruz qaldığı bildirilir. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir. Havanın hərarəti yüksək olsa da, həkimlərin əhaliyə etdiyi xəbərdarlıqdan tikinti sektorunda calışanlar nəticə cıxarmaq fikrində deyil. Belə ki, qızmar günəş altında bir dəqiqə dayanmaq mümkün olmasa da, isti hava şəraitində tikinti sektorunda işlər dayandırılmayıb. Apardığımız müşahidələrə görə, təhlükəli olsa da binaların tikintisində calışan, daş karxanalarında işcilər acıq hava şəraitində işləyirlər. Yerdən daş cıxarıldığından, fəhlələr kəsilmiş mişar daşlarını maşınlara yükləmək ücün daş karxanalarında saxlanılır.
Paytaxtda da tikinti sektorunda günün qızmar saatlarında işləyən fəhlələrə rast gəlmək mümkündür. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hidremeterioloqların bu xəbərdarlığının nəzərə alınmamasının işəgötürənlərin məsuliyyətsizliyi, və işçilərin hüquqlarının pozulması kimi qiymətləndirdi. S. Məmmədovun sözlərinə görə, isti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə qanunla işlər dayandırılmalıdır. Ekspert bildirdi ki, bu məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsilə həll olunur: "Əgər həddindən artıq isti və ya soyuq olması səbəbindən işlər dayandırılırsa, bu işçinin maaşına təsir göstərməməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 54-cü maddəsində işçilər üçün normal iş şəraitinin yaradılması nəzərdə tutulub. Hətta normal iş şəraiti yaratmayan şirkətlər 2000 manata qədər cərimə oluna bilərlər. Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. İndi də açıq şəraitdə temperatur 41 dərəcəyə çatırsa, orada işləməyə icazə verilmir".
S. Məmmədov deyir ki, əgər tikinti sektorunda, daş karxanalarında qanunvericiliyin bu müddəası pozulursa işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən cərimələnməlidir: "Qanunla bu işçinin hüququnun pozulması, işçinin sağlamlığının bilərəkdən təhlükə altına atılması deməkdir. Tikinti sektorunda sahibkarlar həkimlərin xəbərdarlığına əməl etməlidirlər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri acıq havada fiziki işlə məşgul olmağın xüsusilə günorta saatlarında təhlükəli olması barədə xəbərdarlıq edib".
S. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, isti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə işlər dayandığı kimi, qış aylarında da temperatur qanunla nəzərdə tutulan aşağı həddi keçdikdə işlər dayandırılır. Ekspert bildirdi ki,Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq aylarında isə temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. İndi də qapalı şəraitdə temperatur 14 dərəcədən aşağıdırsa, orada işləməyə icazə verilmir. Burada söhbət oturaq işlərdən gedir".
S. Məmmədov deyir ki, təcrübə isə göstərir ki, işəgötürənlər bu məsələdə işçilərin hüquqlarını hava həm isti olduqda, həm də həddindən artıq soyuq olduqda pozurlar: "Əvvəlki illərdə soyuq hava şəraitində daş karxanalarında işcilərin saxlanılması faktları qeydə alınmışdı. Daş karxanalarında işcilər dəmir vaqonlarda qaldığından, havaların kəskin soyuması onların şəraitini daha da ağırlaşdırır. Bir neçə il öncə çovğunlu havada fəhlələrin daş karxanasında saxlanılması iki fəhlənin donvurmadan ölməsi ilə nəticələnmişdi. Havalar kəskin soyuduğundan dəmir vaqonlarda qalmağın mümkünsüzlüyünü görən fəhlələr covğun zamanı yola düzələrkən donvurmadan dünyalarını dəyişmişdi". Odur ki, S. Məmmədov işə götürənlərin hava temperaturu kəskin aşağı enərkən, yaxud yüksələrkən işçilərin hüquqlarının Əmək Məcəlləsinə uyğun şəkildə qorunması və işlərin dayandırılmasının vacib olduğunu söylədi: "Əmək Məcəlləsində soyuq havada temperatur 14-dərəcədəcn aşağı olarsa acıq hava şəraitində isə küləyin gücü 3 baldan yuxarı, temperatur – 10 dərəcə olduqda dayandırılmalıdır. İsti havada isə temperatur 41 dərəcəni keçdikdə açıq havada işçilərin işlədilməsi qadağandır".
S. Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsində Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları öz əksini tapıb. Onun sözlərinə görə, işçilər bəzən isti hava şəraitində ən azı gündüz saatlarında işin dayandırılması tələbi ilə işəgötürən qarşısında tələb qoya bilərlər: "Amma bu da bəzən işçinin işini itirməsi ilə nəticələnə bilər. Çünki, tikinti sektorunda hələ də, əmək müqaviləsi olmadan işləyənlər var. Bundan əlavə S. Məmmədov belə hallarda işəgötürənin bəzən əmək müqaviləsinə xitam vermək hüququndan da istifadə etdiyini bildirdi: "Bir də görürsən ki, qanunu formada, işçinin əmək müqaviləsi var. Amma sahibkara sərf etməyən tələb olarsa işçi ilə əmək müqaviləsinə xitam verilir. Əslində bu məsələ də qanunla tənzimlənir. Əmək Məcəlləsində göstərilir ki, 10-cu fəsil əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarına həsr olunub. Burada qeyd olunur ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Çox təəssüf ki, bəzən sahibkarlar işçinin öz hüququnu tələb etdiyinə görə, əmək müqaviləsinə müxtəlif bəhanələrlə xitam verir".
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01