Dünyanım sevmədiyi prinsiplər - Vətəndaş cəmiyyətinin çöküşü
Bu gün vətəndaş cəmiyyətlərinin inkişafı demək olar ki, qloballaşmaya müsbət təsiri həm də ümumilikdə dünya cəmiyyətinin formalaşmasına təsir edir. Yəni, artıq dünya normal, sivil cəmiyyətləri özünün bir parçası kimi görür və onunla inteqrasiyaya meyl göstərir.
Bunun nəticəsidir ki, hazırda Azərbaycan mədəniyyəti, incəsənəti dünyanın tərkib hissəsi kimi qəbul edilir. Muğam tək Azərbaycanın yox, bütün dünyanın inciləri kimi həzm edilir. Bütün bunlar isə ona görə baş verir ki, Azərbaycanda sivil vətəndaş cəmiyyəti var və bu cəmiyyətə məxsus olan bütün ənənələr dünya tərəfindən özünkü kimi qəbul edilir. Məhz, bunu nəzərə alan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hələ illər öncə bildirmişdi ki, Azərbaycan qloballaşmadan qaçmamalı, əkisnə, bütün mədəniyyətləri qəbul etməli, paralel olaraq da, öz mədəniyyətini dünyaya təqdim etməlidir. Həqiqətən də məhz, bu startegiyadan istifadə olundu və nəticə göz qabağındadır. Yalnız o cəmiyyətlər dünyaya çıxışdan, inteqrasiyadan qorxar ki, normal vətəndaş cəmiyyətinə sahib olmasınlar və bunun nəticəsində də yad mədəniyyətlərin təsirinə düşərlər. Bu baxımdan, uzağa getməyək. Elə götürək qonşu Ermənistanı. Ermənistan regionda bəlkə də dünyada yeganə ölkədir ki, burada başqa millətlərin nümayəndələrinin yaşamasına bir qıcıq var və son illərdə demək olar ki, bütün millətlər bu ölkədən çıxarılıb. Həmçinin, Ermənistan hər gün daha qapalı cəmiyyətə çevrilir. Bunun başlıca səbəbi isə vətəndaş cəmiyyətinin olmaması və bu ölkənin təşkilat kimi idarə olunması idi.
Düzdür, öncələr Ermənistan dini faktordan istifadə edərək bütün bunları dünyadan gizlədə bilir və ciddi dəstək də əldə edə bilirdi. Amma indi proseslər dəyişib. Artıq Avropa və ABŞ Ermənistanda baş verənlərə daha dərindən yanaşır və vətəndaş cəmiyyəti olmayan bu ərazinin nə qədər təhlükəli olduğunu görür. Məhz, buna görə artıq dini tərəfkeşlik də get-gedə gündəmdən çıxır və irtica bir rejimlə əlaqədən dünya da qaçır. İş o yerə çatıb ki, hətta hər zaman erməni lobbisinin liderlik etmək istədiyi ABŞ-da belə artıq Ermənistana heç bir inam qalmayıb və son zamanlar bu, daha qabarıq şəkildə də görünməkdədir.
"ABŞ-dakı erməni təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ Dövlət Departamentində Yaxın Şərqdəki ermənilərin problemini müzakirə etdi. Müzakirədə ABŞ Dövlət Departamentinin 3 açar bürosunun (Əhali, Qaçqınlar və Miqrasiya Məsələləri üzrə Büro, Yaxın Şərq İşləri üzrə Büro, Avropa və Avrasiya İşləri üzrə Büro) vəzifəli şəxsləri iştirak etdilər". Bunu politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Suriya və Livandakı ermənilərə yardım məsələləri müzakirə edildi: "ABŞ Dövlət Departamentinin rəsmiləri Suriya ermənilərinin (Yaxın Şərq ermənilərinin) müdafiəsinə sadiq qalacaqlarına vəd verdilər. İranın "Altılıq"la müqaviləsindən sonra ABŞ-da İranı özünün Yaxın Şərq siyasətinə qoşacağına böyük ümid var. Bu məqsədlə həm İrana yardım, həm də İrana nəzarət məqsədilə Yaxın Şərqdəki erməni kartı aktivləşdirilir. Dövlət Departamentinin rəsmi məlumatında Suriya və Livan ermənilərinin adı çəkilsə də, İrandakı ermənilərin də bu prosesə qoşulacağı dəqiq ehtimallıdır. Son illərdə Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə keçmiş məsul şəxsi K.Eşton İranda olarkən erməni icmasının təmsilçilərilə görüşlər keçirdi. Bu səpkidən olan görüşlər sonradan davam etdirildi".
Onun sözlərinə görə, ABŞ İraq kampaniyası zamanı İraqın daxilində yaşayan və İraqdan çıxmış ermənilərdən aktiv şəkildə istifadə etdi.
M.Əhmədoğlu vurğulayıb ki, erməni Apostol Kilsəsinin İraq Yeparxiyasının başçısı A.Asaduryanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu bəlli oldu: "Sonrakı proseslər İraq ermənilərini İraqı tərk etməyə vadar etdi. ABŞ Dövlət Departamenti öz və BMT xəttilə üç dəfə yardım tranşı ayırmaqla onları Ermənistanda və sonradan ABŞ-da yerləşdirdi. İndi də həmin proseslər təkrar oluna bilər. Suriyadakı ermənilər Bəşər Əsədə, Livandakı ermənilər Hizbullaha qarşı aktivlik göstərə biləcəklər. İrandakı ermənilər İranın daxilində müxtəlif xaoslar yaratmağa cəhdlər edəcəklər. Bu proseslərdə iştirak zamanı ermənilərin məruz qaldığı itkilər ABŞ Dövlət Departamenti tərəfindən kompensasiya ediləcəkdir. Çox böyük ehtimalla bu variantın müəllifi prezident S.Sərkisyandır. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin əleyhinə aktivliyə başladı. S.Sərkisyan Amerikadakı erməni təşkilatları vasitəsilə Yaxın Şərq ermənilərini ABŞ-ın əlində alətə çevirməklə ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki ermənilərin ziyanına olan aktivliyini neytrallaşdıra bildi".
Politoloq qeyd edib ki, Ermənistan müdafiə nazirinin müavini D.Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə oldu: "BMT və ABŞ rəsmilərilə keçirdiyi görüşlərdə beynəlxalq sülhməramlı əməliyyatlarda, xüsusən Livanda erməni sülhməramlılarının iştirak payının artırılması məsələlərini müzakirə etdilər. Yerli ekspertlərin fikrincə, son gərginlik fonunda Ermənistan öz təhlükəsizliyi üçün ABŞ-dan yardım almaq niyyətindədir. Ermənistan müdafiə nazirinin birinci müavini D.Tonoyan ABŞ-da olarkən Dağlıq Qarabağ tənzimlənməsini və Ermənistanın təhlükəsizlik məsələlərini də müzakirə etdi. D.Tonoyan ABŞ-dakı erməni təşkilatlarının təmsilçilərilə görüşərkən verdiyi açıqlamalar diqqəti çəkir: ABŞ Dağlıq Qarabağda təhlükəsizliyin təminində ermənilərə yardım edəcəkdir".
M.Əhmədoğlunun sözlərinə görə, D.Tonoyanın təhlükəsizlik anlamı Dağlıq Qarabağ tənzimlənməsində status-kvonun möhkəmləndirilməsi mənasındadır: "Başqa sözlə, ABŞ müharibənin başlanmasına imkan verməyəcəyinə, qoşunların təmas xəttində əlavə qurğuların yerləşdirilməsinə nail olacağına ermənilərə vəd verib. Bu, Yaxın Şərq ermənilərinin ABŞ-ın əlində alətə çevrilməsindən sonra ilk belə razılaşmadır. Ermənistan müdafiə nazirinin RF müdafiə nazirinin dəvətindən imtina edərək, Rusiyaya getməməsi fonunda ABŞ-da keçirilən bu görüş xüsusilə diqqət çəkir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ortalığa qoyduğu indiki variant ermənilər üçün qəbul edilməzdir. Ona görə dərhal ABŞ-a tərəf qaçdılar".
Politoloq əlavə edib ki, ABŞ-ın Ermənistandakı səfiri R.Millz bu ərəfədə xeyli aktivləşib, müxtəlif görüşlər keçirir: "Əsasən müxalifətçi deputat qrupu ilə görüşdə Ermənistanın təhlükəsizliyi, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin və təhlükəsizlik məsələlərini müzakirə etdi. Amerika Erməniləri Assambleyasının həmsədri V.Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan və Dağlıq Qarabağda oldu. Eləcə də erməni mənşəli amerikalı filantrop Meri Nacaryan da ailə üzvlərilə birlikdə Ermənistan və Dağlıq Qarabağda oldu. Glendeyl (Kaliforniya) şəhərinin meri A.Nacaryan M.Nacaryanın oğludur. A.Nacaryanın iddiasına görə kollecdə B.Obamanın sinif yoldaşı olub".
M.Əhmədoğlu vurğulayıb ki, İraq erməniləri ABŞ-in havasına oynadı. İndi İraqda erməni qalmayıb, xristianların sayı xeyli azalıb: "Suriya erməniləri Rusuyadan gələn təklifləri rədd etdilər, ABŞ-ın ssenarisinə kökləndilər. Suriyada erməni icmasının 30 faizi qalıb. Amma vaxtilə Yaxın Şərqdə ən böyük icma idi. İran erməniləri Qərblə sıx əlaqələrə can atırlar, Ermənistanda rəsmi Tehranın niyyətlərini reallaşdıra bilmədilər. Ona görə son 25 ildə İranda ermənilərin cəmi 40 faizi qalıb. Məntiqi nəticə: ABŞ-dakı erməni təşkilatlarının budəfəki aktivliyi də əks effektli olacaq". Buda vurğulanır ki, son illər Rusiyanında dünyadan təcrid olması Ermənistanın vəziyyətini daha da pisləşdirir. Çünki meydan da tək qalan Rusiya çalışır ki, ətrafına müttəfiqlər toplasın. Rusiayay isə açıq dəstək verən, onun dediklərini edən yalnız qapalı və vətəndaş cəmiyyəti olmayan dövlətlər ola bilər. Necə ki, hazırda Rusiyanı yalnız Ermənistan dəstəkləyir və ya bu dəstəyi verməyə borcludur. Dünya isə artıq Rusiyanın vassallarını qəbul etmək niyyətində deyil. Ekspertlərin fikrincə yaxın iki il ərzində bu proses daha da dərinlıəşəcək və nəticə də Ermənistanla Qərb arasında bir uçurum yaranacaq. Bütün bunlar isə özlüyündə Azərbaycanın regionda ən etibarlı bir tərəfdaşa çevrilməsi deməkdir. Məhz buna görə indinin özündə erməni lobbisi tam gücünü səfərbər edərək Azərbaycanla Qərb arasında bir gərginlik yaratmağa və bununla Ermənistanın tək qalmasının qarşısını almağa çalışır. Amma bu artıq çox gecdir.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16