Ölkədə birinci onluqda olan QHT
Səbuhi Abbasov: "KİV-lə sağlam əlaqə qurmağı bacarmayan QHT məhvə məhkumdur"
Hazırda ölkədə gənclərlə bağlı bir çox QHT-lər fəaliyyət göstərir. Onların arasında qeydiyyatdan keçənləri də var, qeydiyyatsız fəaliyyət göstərənləri də. Amma bu, QHT-lərin heç də hamısının həyata keçirdiyi layihələr gənlikdəki problemlərin ictimailəşdirilməsi, aradan qaldırılması, həlli yollarının aranmasına xidmət etmir. Gənclərin inkişafı ilə bağlı keçirilən layihələr isə bəzən praktik olmadığından, səmərə vermir. Bütün bunlarla yanaşı, ölkdə bu sahədə aktiv fəaliyyəti ilə seçilən QHT-lər də az deyil. Onlardan biri də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyidir (ASGA). Həmsöhbətimiz isə bu təşkilatın təsisçisi Səbuhi Abbasovdur.
- Səbuhi bəy, öncə sizin təsisçisi olduğunuz QHT barədə oxucularımızı məlumatlandırardınız...
- Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi fevralın 2-də 2006-cı ildə təsis edilib. 2006-cı ilin iyun ayının 30-da isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. ASGA — nın məqsədi və vəzifələri Azərbaycan və Slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqləri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və Slavyan gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, gənclər arasında hümanizm ideyalarını təbliğ etmək, bəşəri dəyərləri öyrənmək və cəmiyyətin inkişafında gəncləri rolunun artmasına nail olmaqdır. Təşkilatın əsas məqsədindən biri Azərbaycan və Slavyan gəncləri arasında milli-mədəni dəyərlərin qarşılıqlı şəkildə paylaşmasını təmin etmək, eyni zamanda, ölkəmizin slavyan dünyasında təbliğatının yüksək səviyyədə təşkil etməkdən ibarətdir. İlk illərdə ASGA-ya o qədər də perspektivi olmayan QHT kimi yanaşırdılar. Bunun da obyektiv və subyektiv səbəbləri var idi. Əvvəla bir çox gənclər Qərbi Avropa ölkələrinə və ABŞ meylli QHT-lərin yaradılmasına daha çox üstünlük verirdilər. Belə bir məqamda isə slavyan ölkələrində Azərbaycanın təbliği işi çox ləng gedirdi. Şükürlər olsun ki, biz bu işi öz üzərimizə götürmüşük və öhdəsindən imkanlarımız daxilində şərəflə gəlməyə çalışırıq. Ümumiyyətlə, slavyan dünyası geniş bir çoğrafiyanı əhatə edir. Bu mənada qarşıda hələ çox işlərimiz durur. Bu vəzifələri icra etmək üçün ASGA müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir. Eləcə də, məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir,sorğular keçirir, müxtəlif Təhsil Layihələri həyata keçirir və s.
-2006-cı ildən bu günə qədər sizin təsisçisi olduğunuz QHT hansı layihələri reallaşdırıb?
- Bu illər ərzində ASGA bir çox yerli və beynəlxalq layihələr reallaşdırıb. 2006-cı ildən bəri irili-xırdalı 100-ə yaxın layihəmiz olub. Bu layihələr arasında ölkəmizin dünyada tanıdılmasına hesablanmış layihələr üstünlük təşkil edir. Biz artıq bir neçə Slavyan ölkəsində ölkəmizlə bağlı ciddi layihələr həyata keçirmişik. Həyata keçirdiyimiz layihələr olduqca müxtəlif sahələri əhatə edir. "Azərbaycan Müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu (Rusiyada)", "Azərbaycanda təhlükəsizlik problemləri. Regional təhlükəsizlik təminatı məqsədi ilə onlarin həlli metodlari (Azərbaycan-Gürcüstan)", "Biz nə üçün seçkidə iştirak etməliyik?", "Soyqırımı tanıdaq-31 Mart (Belarus)", "Gənclərin vətənpərvərliklə bağlı fikirlərində psixoloji gərginliklər əmələ gətirən amillər", "Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi", "Azərbaycan ədəbiyyatını öyrənək", "XOCALIDAN DANIŞAQ (Rusiya)", "Turizmin inkişafına virtual dəstək", "Slavyan mədəniyyətinə səyahət", "Slavyan gəncləri ilə dostluq həftəsi" və s.
- Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi ölkə xaricində də layihələr həyata keçirir...
- Əlbəttə, adından da bəlli olur ki, bizim əsas strateji fəaliyyətimiz məhz xarici ölkələrdir. İşimizi sistemli və səmərəli görə məqsədi ilə ASGA idarə heyəti nümayəndəliklərin yaradılmasına qərar verdi. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri ciddi şəkildə fəaliyyət göstərirlər. Perspektivdə isə Belarus, Çex və Solveniyada nümayəndəliklərin yaradılması nəzərdə tutulub. Bu, çox önəmlidir. Çünki demokratiyanın əsas ünsürlərindən olan QHT-lərin fəaliyyəti ölkə daxili ilə məhdudlaşmamalıdır. Bütün mümkün imkanlardan istifadə edib beynəlxalq arenaya çıxmaq vacibdir. Belə olan halda, biz öz strateji maraqlarımızı dünya səviyyəsində müdafiə etmək gücünə malik oluruq. Hər bir layihəmiz özünəməxsus reaksiya doğurub. Elə bilirəm ki, bu, layihələrin rəngarəngliyi ilə bağlıdır. Layihələrimiz arasında həm sosial, həm mədəni, həm də maarifləndirici layihələr olub.
- ASGA-nın xarici ölkələrdə nümayəndəliklərinin açılması məhz bu mərama xidmət edir, deyə bilərikmi?
-Bizim təşkilatın əsas üstün cəhətlərindən biri də Rusiya, Ukrayna və Polşada nümayəndəliklərinin açılması oldu. Bu, daha sistemli, təsirli fəaliyyət baxımından çox önəmlidir.
- Layihələrinizin əsas donorları kimlərdir?
- Azərbaycan söz, mətbuat və internet azadlığına görə dünyada öncül sıralarda qərarlaşıb. Bu amillər eyni zamada, ölkəmizdə QHT sektorunun inkişafını stimullaşdıran əsas kriteriyalardan biridir. Bu mənada ölkəmiz QHT-lərin xarici asıllığı azaltmaq, eyni zamanda, maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə bir neçə donor mənbələri təsis edib. Bizim əsas donorlarımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondudur.
- Hazırda hansı layihəni həyata keçirirsiz?
- Bu il 2 beynəlxalq, 2 respublikadaxili layihə icra etmişik və etməkdəyik. "Heydər Əliyev polyakların gözü ilə", "Bakı-2015 polyakların gözü ilə" beynəlxalq layihələr bu ilin may ayında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilidi. Bundan başqa Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc jurnalistlərin internet media təhlükəsizliyi forumu"nu başa vurduq. Hal-hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müxtəlif strateji istiqamətlərdə layihə təklifləri təqdim etmişik. Ümid edirəm ki, bu layihələrimiz də aidiyyatı qurumlar tərəfindən dəstəklənəcəkdir.
- Sizcə, təşkilatınız fəaliyyət göstərdiyiniz sahə üzrə QHT-lər arasında aktiv QHT hesab oluna bilərmi?
- Tam əminliklə deyə bilərəm ki, bizim QHT ölkədə birinci onluqdadır. Əvvəla hər hansı bir təşkilatın səmərəli, dünya standartlarına uyğun fəaliyyət göstərməsi üçün müəyyən innovativ və texnoloji subardinasiyalara əməl etməlidir. Bizim təşkilatın daimi ofisi, texniki bazası, rekvizitləri və ən əsası yüksək səviyyədə tərtib olunmuş veb səhifəsi (AzSlav.org) fəaliyyət göstərir. Veb səhifəmizdə online təşkilata üzv olmaqdan tutmuş bütün xırda detallara qədər varmaq mümkündür. Eyni zamanda, biz demək olar ki, hər ay müxtəlif istiqamətlərə beynəlxalq və yeri layihələr həyata keçiririk. Bu da olduqca vacib məqamdır.
- Elə QHT-lər var ki, fəaliyyətləri ilə bağlı bir məlumata rast gəlmək olmur. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin öz fəaliyyəti ilə bağlı informasiya siyasəti necə qurulub?
- Təşkilatın yenilənən AzSlav.org rəsmi veb səhifəsi fəaliyyət göstərir. Bu saytda biz demək olar ki, həyata keçirdiyimiz bütün layihələri yerləşdiririk. Qeyd edim ki, bu gün tək ölkəmizdə deyil, bütün dünyada KİV-lə sağlam əlaqə qurmağı bacarmayan QHT məhvə məhkumdur. Bu mənada biz bu istiqamətə xüsusi önəm veririk. Mən eyni zamanda, ölkədə kifayət qədər ciddi xəbər resursu hesab edilən 7News.az informasiya portalının rəhbəriyəm. Qeyd edim ki, biz ölkədə fəaliyyət göstərən Televiziyalarla da ciddi şəkildə əməkdaşlıq edirik. Demək olar ki, bütün layihəlzrimizin televiziyalarda geniş təqdimatı ekranlaşdırılır. Bu da hesab edirəm ki, QHT-nin fəaliyyətinin əsas hissəsini təşkil edir.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08