Azərbaycan futbolunda ilk və 31 potensial rəqib
11:05 01-09-2015
İDMAN
Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək. Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından öz ölkəsinin ən yaxşısı olan 32 komandanın da rəqibləri bəlli olacaq.
Belə ki, cari mövsümdən yenilik edən UEFA yarışda təkcə qitənin ən nüfuzlu klub turnirində çıxış edənlərin deyil, ən yüksək reytinqli 32 ölkənin çempionuna da yarışda iştirak etmək imkanı yaradıb.
Bu da Azərbaycan futbolu tarixində ilk dəfə Gənclər Liqasında təmsil olunmaq imkanı yaradıb. Ölkəmizi bu yarışda AFFA-nın təşkil etdiyi U-19 Liqasının ötən mövsümkü qalibi "Rəvan" təmsil edəcək.
İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar yolunun püşkü Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. İlk iki mərhələnin püşkü zamanı komandalar əvvəl 16 cütlük təşkil edəcək. Ardınca isə bu 16 cütlük ikinci mərhələdə potensial rəqibini tanıyacaq.
UEFA bu turnirdə kor püşkə üstünlük verəcək ki, komandalar səbətlərə bölünməyəcək. Lakin püşk günü veriləcək yekun qərara əsasən, iştirakçılar coğrafi bölgüyə əsasən qruplaşdırıla bilər.
Artıq yarışın Çempionlar yoluna qatılacaq 32 komandanın tam siyahısı da dəqiqləşib: "Vilyareal" (İspaniya), "Middlsbro" (İngiltərə), "Şalke" (Almaniya), "Torino" (İtaliya), "Reyms" (Fransa), "Spartak" (Moskva, Rusiya), "Ayaks" (Hollandiya), "Anderlext" (Belçika), "Beşiktaş" (Türkiyə), "Servett" (İsveçrə), "Zalsburq" (Avstriya), "Pribram" (Çexiya), "Vitorul" (Rumıniya), APOEL (Kipr), "Midtyulland" (Danimarka), "Legiya" (Varşava, Polşa), "Minsk" (Belarus), "Seltik" (Şotlandiya), "Elfsborq" (İsveç), "Liteks" (Bolqarıstan), "Brann" (Norveç), "Rad" (Serbiya), "Felksut" (Macarıstan), "Domjale" (Sloveniya), "Senitsa" (Slovakiya), "Zimbru" (Moldova), "RƏVAN" (AZƏRBAYCAN), "Saburtalo" (Gürcüstan), "Aktobe" (Qazaxıstan), "Jelezniçar" (Bosniya və Herseqovina), HİK (Finlandiya), "Styarnan" (İslandiya).
Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də baş tutacaq. II mərhələnin qarşılaşmaları 3-4 və 24-25 noyabrda keçiriləcək. Bu raundun qalibləri Çempionlar yolunun 8 qalibi Çempionlar Liqası yolunun qrup mərhələsində 2-ci yeri tutanlarla pley-offda üz-üzə gələcək. Bu mərhələnin 8 qalibi isə qrup birinciləri ilə 1/8 finalda görüşəcək.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2025-03-03 21:52:19

2025-03-03 21:43:38

2025-03-03 21:00:08

2025-03-03 19:11:43

2025-03-03 18:32:57

2025-03-03 14:14:00

2025-03-03 13:53:59

2025-03-03 13:53:00

2025-03-03 12:52:00

2025-03-03 11:30:00

2025-03-03 11:19:50

2025-03-03 00:49:00

2025-03-02 23:30:24

2025-03-02 21:44:44

2025-03-02 21:18:11

2025-03-02 20:32:15

2025-03-02 19:37:16

2025-03-02 19:00:33

2025-03-02 13:03:40

2025-03-02 12:38:07
