"Seçkilərə ciddi hazırlaşırıq" - Tağı Əhmədov
10:30 02-09-2015
CƏMİYYƏT
"YAP Yasamal rayon təşkilatı qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşır. Əmin ola bilərsiniz ki, bu siyasi kampaniyada təşkilatımız öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq. Bunun üçün ciddi əsaslarımız var".
Bunu YAP-ın saytına müsahibəsində partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov deyib. "YAP Yasamal rayon təşkilatının üzv və fəalları parlament seçkilərinə demokratiyanın tələblərinə uyğun, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara müvafiq hazırlaşırlar.
Seçkilərə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının paytaxtda və bölgələrdə keçirilən müşavirələrində söylənilən tövsiyələri nəzərə alaraq fəaliyyət istiqamətlərini müəyyənləşdirən təşkilatın üzvləri ikiqat əzmlə çalışırlar. Siyasi kampaniyalara hazırlığın vəziyyəti ilə əlaqədar geniş müzakirələr təşkil olunur, tövsiyələr bildirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Seçkilərlə əlaqədar keçirilən iclaslarda hər gün üçün müəyyənləşdirilən vəzifələr dəqiqləşdirilir, partiya fəallarına tapşırıqlar verilir. Bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərdə sınanmış seçki texnologiyasından istifadə edərək qələbələrini davam etdirmək əzmindədir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi də hazırlıq işlərini demokratik şərtlərə uyğun aparır"-deyə T.Əhmədov qeyd edib.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22