Tənzilə Rüstəmxanlı: "Namizədliyimi versəm, Sabir Rüstəmxanlı namizəd olmayacaq"
11:49 03-09-2015
CƏMİYYƏT
"Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə,Sabir Rüstəmxanlı namizəd olmayacaq".
Bunu APA-ya açıqlamasında "Azəri-Türk" Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.
T. Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə S. Rüstəmxanlı ilə razılığa gəldiklərini də deyib. "Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək".
S. Rüstəmxanlı isə APA-ya açıqlamasında deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib: "Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm".
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22