Rövnəq Abdullayevin biznesi Afrikayadək uzandı
12:04 03-09-2015
CƏMİYYƏT
"SOCAR Trading" «qara qitə»yə də ayaq açdı
Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR-ın törəmə şirkəti olan "SOCAR Trading" Afrikanın qərb sahillərində neft məhsullarını saxlamaq üçün bazanın tikintisinə başlayıb.
Qərbi Afrika mənbələri xəbər verir ki, neftbazanın tikintisində "SOCAR Trading"in ortağı Benin şirkəti olan "Octogone Trading Oil"dur.
Bu şirkətin sahibi Benindən olan biznesmen Razak Cakadır. Neftbaza Beninin Kotonu limanında yerləşəcək. Layihədə üçüncü ortaq qismində Burkino-Fasonun milli neft şirkəti SOHABHY də iştirak edir.
Neftbazanın tikintisinə dair müqavilə bu il iyulun 27-də Kotonu liman şəhərində imzalanıb. İmzalanma mərasimində Razak Caka bildirib ki, Kotonu limanında neftbazanın tikintisi bu limanı regional neft mərkəzinə çevirəcək və qonşu ölkələrin neftbazaları ilə rəqabət aparmağa imkan verəcək.
R.Cakanın sözlərinə görə, "Octagon Trading Oil" şirkəti bu layihəni həyata keçirmək üçün ictimai fondlara müraciət etməyib və özü müstəqil maliyyə mənbələri axtarıb.
"Bu vəzifənin öhdəsindən Azərbaycanın "SOCAR Trading" şirkətini cəlb etməklə gələ bildik. "SOCAR Trading" Afrika qitəsində ilk investisiyasını bu layihəyə yatıracaq"- deyə beninli iş adamı bildirib.
Müqavilənin imzalanması mərasimində "SOCAR Trading" şirkətini Aleksandra Acco və Tamaz Qriqalaşvili təmsil edirdi. Onlar deyiblər ki, bu investisyanın SOCAR üçün Afrikada uzun yolun başlanğıcı olacağına ümid edirlər.
Neft bazası 54 min ton benzin, mazut, dizel yanacağı, kerosin saxlamağa imkan verəcək. Həmçinin bazada maye qazın saxlanılması üçün rezervurarlar olacaq.
Qeyd edək ki, Rövnəq Abdullayevin rəhbərliyi dövründə SOCAR-ın çoxsaylı törəmə şirkətləri yaradılıb və onlar Avropa ölkələrindən tutmuş hətta ABŞ-a qədər dünyanın ən müxtəlif coğrafiyalarında fəaliyyət göstərirlər. Bir sıra ekspertlər həmin törəmə şirkətlərində şəffaflığın yetərincə təmin edilməməsindən və həyata keçirilən bir sıra layihələrin nə qədər effektiv olub-olmamasından narahatdırlar.
Onların fikrincə, xüsusən ölkənin neft hasilatının və dünya bazarlarında neftin qiymətinin kəskin azaldığı vaxtda SOCAR öz xərcləmələrində redaktələr etməlidir. Amma Rövnəq Abdullayevin şirkəti müstəqil ekspertlərin bu cür çağırışlarına ciddi əhəmiyyət verməkdə maraqlı və həvəsli görünmür.
Toğrul Əliyev
Təhsil Nazirliyi: Yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir
2015-2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr və oktyabrda Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub.
Bunlarla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq.
Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb.
Nazirlikdən əlavə ediblər ki, Sabirabad 5 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş ev də sentyabrda təhvil veriləcək.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22