Əli Kərimli üçün sonun başlanğıcı
12:05 03-09-2015
CƏMİYYƏT
AXCP-də kütləvi istefalar partiyanın gələcəyini sual altında qoyur
Parlament seçkiləri ərəfəsində sarsıdıcı zərbə alan AXCP rəhbərliyinin başı indi daxili qovğalara qarışıb.
Etiraf edək ki, AXCP sədrinin sabiq müavini Razi Nurullayevlə start götürən parçalanma və dağılma tendensiyası partiyanın son illərdə qarşılaşdığı ən dramatik durumdur. İndi partiyadakı despotik idarəçilikdən, şantaj və təhdidlərdən boğaza yığılmış sıravi üzvlər və funksionerlər bir-birinin ardınca istefa ərizəsi yazır. Belə bir durumda isə AXCP-nin qarşıdakı parlament seçkilərini boykot etməkdən başqa çarəsi qalmır. Düzdür, AXCP-nin Əli Kərimli qanadının seçkilərə qatılmamasının digər ilginc tərəfləri də var ki, biz bu haqda bir qədər sonra ətraflı bəhs edəcəyik. Hələliksə, parçalanma və istefaların zəif saldığı AXCP-nin son durumuna nəzər salaq...
AXCP-nin Nərimanov rayon şöbəsindən kütləvi istefalardan sonra növbəti istefa partiyanın Suraxanı şöbəsində baş tutub. Sədr Əli Kərimlinin təhdidlərinə cavab olaraq, Rahib Hacıyev cəbhəni tərk edib. O, mətbuata açıqlamasında bundan sonra fəaliyyətini Razi Nurullayevin yanında – AXCP Etimad Qurultayı Təşkilat Komitəsində davam etdirəcəyini bildirib.
Artıq tendensiya halını almış bu vəziyyət Əli Kərimli və ətrafını narahat etməyə başlayıb. Fuad Qəhrəmanlı və Məmməd İbrahimin sosial şəbəkələr və mətbuatda kütləvi istefaları ört-basdır etmək cəhdləri də nəticə vermir. İstefalar o qədər kütləvi hal alıb ki, prosesin qarşısını almaq üçün Əli Kərimli və yaxın ətrafı heç bir proqrama sahib deyil. AXCP rəhbərliyini bu prosesdə çətin duruma salan əsas amil, narazı cəbhəçilərin Razi Nurullayevə üz tutmalarıdır. İstefa verənlər bir qayda olaraq, səsləndirdikləri bəyanatlarla AXCP Etimad Qurultayı Təşkilat Komitəsində mübarizəyə davam edəcəklərini bildirirlər. Nəticədə Əli Kərimlinin cəbhəsi kiçildiyi halda, narazı cəbhəçilər hüquqi yollarla təmsilçiliyin onlara verilməsi üçün ideal fürsət qazanırlar.
Proses belə davam edəcəyi halda yaxın həftələrdə narazı cəbhəçilərin AXCP təmsilçiliyini Əli Kərimlidən almaları planı baş tuta bilər. Təbii ki, Əli Kərimli belə bir vəziyyətə düşmək istəməzdi, ələlxüsus da parlament seçkilərindən əvvəl. Xüsusilə, istefa prosesi sürətləndikcə, AXCP daxilində yaranmış çat da dərinləşir. Partiya Razi Nurullayev və Əli Kərimlinin cəbhəsi olmaqla iki yerə parçalanıb. Artıq AXCP-ni saxlamaq üçün müəyyən qruplaşmalar Əli Kərimlini istefaya məcbur etmək haqda düşünməyə başlayıblar. Lakin, aparılan gizli müzakirələrdən xəbər tutan sədr özünə qarşı olanları təqib və təhdid yollarıyla partiyadan uzaqlaşdırır. Bu, addımları isə, partiyadan qovulanların Razi Nurullayev tərəfə keçmələriylə özünə qarşı çevrilir.
Müxalifətin aparıcı partiyalarının getməsindən sonra AXCP-nin siyasi qanadına çevrilən Milli Şuranın seçkilərdə işə yarayacağı inandırıcı deyil. Çünki, qurumun böyük əksəriyyətini cəbhəçilər və Əli Kərimlinin yaxın ətrafı təşkil edir. Digər yandan AXCP EQTK-nin elan olunmasından sonra AXCP-də başlayan kütləvi istefalar Əli Kərimlinin seçkilər öncəsi manevr imkanlarını tamamilə məhdudlaşdırır. Baş verənlərin fonunda Əli Kərimlinin nümayiş etdirdiyi susqunluq öz taleyi ilə barışmaq kimi dəyərləndirilməlidir. Müavin və müşavirlərinin isə proseslərə nəzəri müdaxilələri effekt vermir. Paralel olaraq, narazı cəbhənin qurultay, ardından da təmsilçiliyin onlara verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşması, bu müdaxilənin nəticələrini də sıfırın altına endirir. Əli Kərimlinin cəbhəsi tərəfindən AXCP EQTK-a olan loyal münasibətin artması, böyük ehtimalla onu partiyasız qoyacaq. Bundan sonra ən yaxşı halda Əli Kərimli yenidən partiya qurmaq məcburiyyətində qalacaq ki, bu da ona asan başa gəlməyəcək. Əgər təmsilçilik narazı cəbhəyə verilsə, bu Əli Kərimlinin Azərbaycanın siyasi həyatından tamamilə getməsinə səbəb olacaq. Təbii ki, belə bir vəziyyət onun xarici dairələrdən aldığı maddi gəlirlərinin də qabağını kəsəcək. Həmin dairələrin partiyasız və heç bir elektoratı olmayan siyasətçiyə etimad göstərəcəyi inandırıcı deyil. Yəni, narazı cəbhəçilərin Əli Kərimliyə qarşı savaş açmaları sədr üçün sonun başlanğıcı hadisəsi idi. Dəstəkçilərini itirdikcə, çaşbaş qalmış sədr isə, vəziyyətdən çıxış yolu üçün heç bir proqrama sahib deyil.
Əli Kərimlinin noybarın 1-də keçiriləcək parlament seçkilərinə qatılmamaq qərarının səbəblərindən biri isə onun hansısa müavininin yaxud da tərəfdarının mandat qarşılığında AXCP-yə daha böyük zərbə vura biləcəyi ehtimalını nəzərə almasıdır. Etibarlı mənbələrdən "Unikal"a sızan məlumatda bildirilir ki, AXCP sədri indi məhz bundan ehtiyyatlanır və bu üzdən də seçkiləri boykot etməklə gözlənilən daha bir zərbəni neytrallaşdırmağı düşünür.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22