Ramiz Mehdiyev Zakir Fərəcovu təqdim etdi
Sumqayıt şəhərinin yeni icra başçısı təyin olunan Zakir Fərəcov İcra Hakimiyyətinin kollektivinə təqdim olunub.

"Unikal.org" xəbər verir ki, təqdimat mərasimi Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin iştirakı ilə baş tutub. Z.Fərəcovu kollektivə təqdim edən aparat rəhbəri ona yeni işində uğurlar arzulayıb.

Xatırladaq ki, prezidentin sərəncamı ilə Zakir Fərəcov Suçqayıt şəhərinə, Sumqayıt şəhərinin icra başçısı E.Əzizov Səbail rayonuna, Səbail rayonunun icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı təyin edilib.