Ramil Usubov Belarusa gedib
12:10 03-09-2015
CƏMİYYƏT
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 1-də Belarusun paytaxtı Minsk şəhərinə gedib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edəcək tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılacaq.
Şuranın iclasında informasiya texnologiyalarının tətbiqi ilə və bu sahədə törədilən cinayətlərlə mübarizədə iştirakçı dövlətlərin əməkdaşlığına dair Proqram və Saziş layihələrinin qəbul edilməsi, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun ixtisaslaşdırılımış məlumat bankının fəaliyyəti barədə Təlimatın təsdiqi nəzərdə tutulur.
Eyni zamanda, psixotrop, narkotik və insan orqanizmi üçün zərərli olan təhlükəli kimyəvi maddələrin qanunsuz dövriyyəsinə və avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizədə daxili işlər (polis) orqanlarının işbirliyinin təkmilləşdirilməsi, həmçinin, beynəlxalq kütləvi idman və əyləncəli tədbirlərin keçirilməsi zamanı azarkeşlərin hüquqazidd əməllərinin qarşısısnın alınması yönümündə məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22