Siyavuş Novruzov: "Əli Kərimli çoxdan satılıb"
10:43 04-09-2015
CƏMİYYƏT
"Əslində Əli Kərimli çoxdan satılıb, sadəcə onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarsa da onu alan tapılmır. Əli Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmışlıqların sayı-hesabı belə, öz çoxluğundan itib".
Bu barədə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sia.az-a müsahibəsində deyib. O, bildirib ki, müxalifətçiliyin anlayışı, forması, düsturu var və bunların heç birinin AXCP adlı dərnəyə, onun filialı olan "Milli Şura"ya adidiyyatı ümumiyyətlə yoxdur: "Vaxtilə "Milli Şura" deyilən quruma üzv olmuş partiyalara nəzər salsaq, sonradan həmin partiyaların oradan nəyə görə çıxdıqlarını da görmüş olarıq. Onlar sonradan dərk etdilər ki, "Milli Şura", AXCP bilavasitə Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən qaranlıq siyasi dairələrlə iş birliyinə gedir.
Məsələn, həmin ərəfələrdə Müsavat Partiyası bəyanat verdi ki, "Milli Şura"nın prezident seçkilərindəki namizədi əvvəlki prezident seçkilərində iştirak edən digər müxalifət namizədindən qat-qat az səs toplayıb. Nəinki "Milli Şura"dan, eləcə də AXCP-dən kifayət qədər çox adam istefa verdi. Ümmiyyətlə, belə istefalar hər zaman olub. Hətta bu gün "Milli Şura"ya sədrlik edən Cəmil Həsənli 10 il bundan öncə parlament seçkiləri ərəfəsində AXCP üzvlüyündən istefa verdi. Yəni mən bu gün mətbuatdan oxuyuram ki, Razi Nurullayevə, eləcə də oradan çıxan digər insanlara satqın, xain, hakimiyyətə işləyən damğası vurmağa çalışırlar, onları təhqir edirlər. Hansı ki, onlardan imtina edən insanlar öz istəklərini nümayiş etdirirlər, səsləndirirlər. Əgər biz demokratiyadan, söz azadlığından, fikir prüalizmindən danışırıqsa, onda bu insanlar da azad şəkildə öz fikirlərini bildirirlər. Yox, əgər qarşı tərəfin istefaya gedənlərə qarşı kifayət qədər tutarlı arqumentləri varsa, onda bunu ortaya qoysunlar. Yox, əgər arqumentləri yoxdursa, onda o insanları xain, satqın, iqtidara işləyənlər kimi adlandırmasınlar".
Deputat bildirib ki, Əli Kərimlinin "siyasi fəaliyyəti" milçəyin vızıltısından o tərəfə keçmir. S.Novruzovun dediyinə görə, Əli Kərimlinin AXCP-si, nə Əli Kərimlinin "Milli Şura"sı, nə Əli Kərimlinin yan-yörəsi Azərbaycandakı proseslərə təsir etmək gücündə deyil.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22