Razi Nurullayev AXCP sədri olacaq
09:38 08-09-2015
CƏMİYYƏT
Əli Kərimli qeyri-qanuni zəbt etdiyi sədrlik kürsüsünü itirəcək, partiya yenilikçilərin nəzarətinə keçəcək
Məlum olduğu kimi, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev partiyanın nizamnamədən kənar fəaliyyət göstərdiyi və öz kursundan kənarlaşdığını iddia edərək Etimad Qurultayı Təşkilat Komitəsi yaradıb.
Əsəs məqsəd isə AXCP-ni yenidən formalaşdırmaq və milli maraqları müdafiə edən bir təşkilat halına salmaqdır. Yəqin ki, qısa müddətdə bu proses başa çatacaq, Razi Nurullayuev AXCP-nin sədri olacaq. Artıq partiya fəallarının Əli Kərimlini tərk edərək Razi Nurullayevin yanına gəlməsi də bunu deməyə əsas verir.
Bu barədə "Uİnikal"a açıqlama verən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, hüquqşunas Mehman Muradlı bildirib ki, AXCP-nin apardığı dava möhür davası deyil. O deyib ki, Möhür sözümüzü çatdırmaq üçün, fəaliyyətimizi Azərbaycan Respublikası Konstitusiyasına və "Siyasi partiyalar haqqında" qanunun tələblərinə əsasən fəaliyyətimizi davam etdirmək üçün möhürə ehtiyac var: "Hal hazırki vəziyyətdə AXCP adından çıxış edən Əli Kərimli və onun başının dəstəsinin qanunvericiliyin və partiya nizamnaməsinə əsasən heç bir səlahiyyətə malik deyillər. Çünki nizamnaməyə əsasən qurultay 4 ildən bir keçirilməli olduğu halda 1 ilə yaxındır ki, qurultayın keçirilməsinin vaxtından keçib. Əli Kərimli nəinki partiya nizamnaməsini, hətta Azərbaycan qanunvericiliyini pozmaqdan belə çəkinmir. Bu vəziyyətdə hesab edirəm ki, Etimad Qurultayının keçirilməsi zərurəti yarandığı üçün AXCP-nin adından ancaq AXCP-nin Etimad Qurultayı Təşkilat Komitəsi çıxış edə bilər. Çətin də olsa hesab edirəm ki, qurultayımızdan sonra ədliyyə nazirliyi bu məsələdə bizə qırmızı işıq yandırmayacaq və məsələni sivil qaydada həll olunmasını təmin edəcək. Qurultaydan sonra əgər nazirlik bizim sənədlərə mənfi cavab versə o zaman qanunvericiliyin bizə verdiyi hüquqlardan istifadə edərək məhkəməyə üz tutacağıq. Azərbaycan məhkəmələrində bu məsələ həllini tapmasa Avropa İnsan Haqları Məhkəməsinə kimi gedəcəyik. Hər halda ədliyyə nazirliyinə qurultayın keçirilməsi bildirişini verəcək və nazirliyin nümayəndəsinin iştirakını xahiş edəcəyik".
Əli Kərimli və onun komandası AXCP-də yenilik tərəfdarı olan cəbhəçilərə qarşı qaralama, şər-böhtan kampaniyasını davam etdirir. Onun dəstəsinin bu kampaniyada ən "fəallarından" olan Gözəl Bayramlı sosial şəbəkədə SSRİ idman ustası, Əməkdar məşqçi Əli Sarıyevə qarşı məntiqə sığmayan iddialar irəli sürüb.
O, Ə.Sarıyevin Birinci Avropa Oyunlarının məşəlini Beyləqan şəhərində daşımasını satqınlıq kimi dəyərləndirib. Maraqlıdır, yunan-Roma guləşi üzrə 12 dəfə Azərbaycan çempionu, SSRİ idman ustası, Əməkdar məşqçi olan bir şəxsin beynəlxalq yarışdakı fəallığında qeyri-adi olan nədir? Bir idmançının idman məşəli daşıması nə zamandan satqınlıq olub? Bunun müxalifət-iqtidar məsələlərilə nə əlaqəsi var? Məsələni siyasiləşdirmək nə qədər etikdir?
Qeyd edək ki, Gözəl Bayramlı statusunda yazmışdı: "Bu adamı Elturan Mürsəlzadə adlı bir satqın Əli Zöhraboğlu adı ilə Beyləqan cəbhəçisi kimi Razi Nurullayevə satıb. Beyləqan Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev sən demə, 2015-ci il Avropa oyunlarının məşəlini Beyləqanda qəbul edən adamdır. Şərhə ehtiyac varmı?!..."
Cebhe.info xəbər verir ki, məsələyə münasibət bildirən Əli Sarıyev cəbhəçiliyinə şübhə ilə yanaşanlara sərt cavab verib. Əməkdar məşqçi uzun illər AXCP-nin sıralarında haqq-ədalət uğrunda mübarizə apardığını bildirib: "Mən 1989-cu ildən AXC-nin üzvüyəm. 1995-də AXCP-yə üzv olmuşam. 1996-da AXCP Dünyamalılar dayaq dəstəsinin sədri, 2001-ci ildə AXCP Beyləqan şöbəsi NTK sədri, 2008-də AXCP Beyləqan şöbəsində Məclis sədri, 2010-2012-ci illərdə AXCP Beyləqan şöbəsi sədrinin müavini, 2012-2015-də Dünyamalılar dayaq dətəsinin sədri olmuşam. Əli Kərimli mənim cəbhəçiliyimi yaxşı bilir. Mən cəbhəçi olanda, Əli Kərimlinin heç "Ə"si və "K"si cəbhəçi deyildi".
Məşəl daşıması məsələsinə də toxunan Əli Sarıyev qeyd edib ki, bu işin ona həvalə olunması bir idmançıya, məşqçiyə olan etimadın göstəricisidir: "Məşəl məsələsinə gəlincə... Mən yunan-Roma güləşi üzrə 12 dəfə Azərbaycan çempionu, SSRİ idman ustası, əməkdar məşqçiyəm. Məşəli daşımaq Beyləqanda mənə, ən titullu idmançıya həvalə olundu. Dövlətin mənə etimadını Əli Kərimlinin şəxsi və səfeh ambisiyalarına görə doğrultmamalıydım? Əlbəttə ki, doğrultmalıydım və düz də etdim".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22