Əli Kərimliyə şok zərbə, istefa dalğası böyüyür
10:08 09-09-2015
CƏMİYYƏT
AXCP sədrinin müavinləri, rayon təşkilatları kütləvi şəkildə ondan uzaqlaşırlar
AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib. Bu barədə "Unikal"a Razi Nurullayevi dəstəkləyən təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, yüksək fəallıqla keçirilən müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıblar. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.
Verilən xəbərə görə, Arif Baxşəli oğlu Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Baxşəli oğlu Qafarov Ali Məclisin üzvü, Fəzail Bəşir oğlu Abbasov, Nizami Tahir oğlu Babayev AXCP etimad qurultayına numayəndə seçiliblər.
Məlumat üçün onu da bildirək ki, Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayının vaxtı bəlli olub. AXCP tənqidlərdən sonra sentyabrın 27-də qurultay keçirmək qərarını qəbul edib. Qurultayın keçirilib-keçirilməyəcəyi isə hələki sual altındadır. AXCP qurultay eşqinə düşən vaxtda bizə daxil olan bir məlumat Əli Kərimli və tərəfdarları üçün sözün əsl mənasında sürpriz olacaq.
Razi Nurullayev cəbhəsində təmsil olunan mənbənin saytımıza bildirdiyinə görə, yaxın vaxtlarda Əli Kərimlinin AXCP-sində sürpriz istefalar olacaq. Mənbənin dediyinə görə, istefalar təkcə sıravi üzvləri əhatə etməyəcək. Razi Nurullayevin tərəfinə keçənlər arasında Əli Kərimlinin ən yaxın silahdaşları, hətta heç kəsin inanmayacağı müavinlərindən birinin də olacağı gözlənilir.
"Hazırda biz həmin şəxslərin adlarını açıqlamaq istəmirik. Danışıqlar gedir. Ancaq onu deyə bilərəm ki, heç kimin gözləmədəyi tanınmış partiya funksionerləri Razi Nurullayevin tərəfinə keçəcək. Əsl sürpriz adlar açıqlanandan sonra olacaq"-deyə mənbə bildirib.
Göründüyü kimi, artıq Əli Kərimlinin tifaqı tamamilə dağılıb. Onun satqınlıq və xəyanət üzərində qurulan partiyası çökməkdədir. Amma AXCP-nin gələcəyini fikirləşənlər Əli Kərimlidən uzaqlaşsalar da, partiyanı onun əlində qoymaq niyyətində deyillər. Belə ki, ondan uzaqlaşanlar Razi Nurullayevin ətrafında birləşərək AXCP-nin yenidən qurulmasına çalışacaqlar. Hər halda, qısa müddətdə Əli Kərimlinin təkbaşına və partiyasız qalacağı şübhəsizdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18