Ramil Usubovdan kadr dəyişikliyi-Təyinatlar
11:26 23-10-2015
CƏMİYYƏT
Daxili işlər naziri Ramil Usubov daha bir kadr dəyişikliyi edib. Nazirin imzaladığı əmrlə Səbail rayon Yol Polisi Şöbəsinin rəisi, mayor Zaur Cəfərov tutuduğu vəzifədən azad edilib. Zaur Cəfərov sərəncama götürülüb. Onun yerinə isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin keçmiş sədri Arif Qaraşovun kürəkənidir.
Dünən Bakıda daha bir polis rəisi işdən çıxarılıb. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur. Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.
Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18