Gülağa Aslanlı aydınlıq gətirdi
11:35 24-10-2015
CƏMİYYƏT
Tural Abbaslının Müsavatdan çıxarılması müzakirə olunmur
"Tural Abbaslının Müsavat Partiyasından çıxarılması məsələsi müzakirə olunmur. Ona görə də onu bağışlayıb-bağışlamamaq məsələsi jurnalistlərin xəyalıdır".
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Ağ Blok" təşkilatının təsisçici Tural Abbaslının partiyadan kənarlaşdırılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, partiyanın nizamnaməsini pozan şəxsin cəzalandırılması məsələsi də istisna edilmir:
"Kim nizamnaməni pozacaqsa, kiminsə hərəkətində nizamnaməyə zidd faktlar ortaya çıxacaqsa, həmin şəxs nizamnaməyə uyğun olaraq cəzalandırıla bilər.
Bu, Müsavat Partiyasının bütün üzvlərinə aiddir. Partiya üzvləri öz çıxışlarında, müraciətlərində partiya nizamnaməsinin tələblərinə uyğun olaraq partiyanın mənafeyinə zidd olmayan qərar verməlidirlər. Çünki Müsavat Partiyası nizamnamə ilə tənzim olunan partiyadır".
Tural Abbaslı Müsavat Partiyasının üzvü olsa da, parlament seçkilərində iştirak etmək üçün öz təşəbüsü ilə deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb.
Bundan başqa o, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin yeni AXCP yaratmasına münasibət bildirərkən ikincini tanıyacaqlarını istisna etməyib.
Halbuki, ondan əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılı yalnız Əli Kərimlinin sədri olduğu AXCP-ni tanıyacaqlarını bəyan edib.
Namidə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18