Azad Rəhimov ABŞ-a gedib
13:54 26-10-2015
CƏMİYYƏT
Bu gün Vaşinqtonda Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Lawrence Probstun dəvəti ilə Amerikaya rəsmi səfərə yola düşən nazir Azad Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.
Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.
30 oktyabr tarixinədək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.
Digər Xəbərlər
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48