Ülvi Quliyevin seçki kampaniyası davam edir
15:04 26-10-2015
CƏMİYYƏT
15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Namizəd bu dəfə 15 saylı seçki dairəsində ayrı-ayrı məhəllərdə yaşayan seçiciləri ilə görüşüb.
Ü. Quliyev seçiciləri ilə görüşdə dövlətimizin uğurlu inkişaf yolundan, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsində əldə olunan uğurlardan danışıb və onları dövlətimizin, dövlətçiliyimizin ətrafında sıx birləşməyə çağırıb.
Namizəd bildirib ki, hər bir deputatın borcu seçicilərinin etimadını doğrultmaqdır.
"Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi sözdə deyil, əməlimdə göstərmişəm".
Seçiciləri ilə sıx təmasda olan Ülvi Quliyev onların problemlərini dinləyib və həlli üçün müvafiq qurumlara müraciət edəcəyini də bildirib.
Seçicilərdə öz növbəsində Ülvi Quliyevə dəstək olacaqlarını və seçkilərdə birmənalı olaraq ona səs verəcəklərini bildiriblər.
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18