Gədəbəy seçiciləri YAP-ın namizədlərini dəstəkləyir
17:27 26-10-2015
CƏMİYYƏT
103 saylı Gədəbəy Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovanın rayonun Zəhmətkənd və Xar-xar gəndlərində seçicilərlə görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Zaur Mehdiyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. Natiq gədəbəylilərin də bu prosesdə fəallıq göstərəcəklərinə əminliyini ifadə edib. Çıxış edən deputatlığa namizəd S.Hüseynova qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: «Bu cür dinamik, quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə və gədəbəylilərin etimadını doğrultmağa şərait yaradır». Çıxış edən seçicilər noyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəyini bildiriblər.
Digər Xəbərlər
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55