Ramiz Mehdiyev məqalə yazdı
11:14 30-10-2015
CƏMİYYƏT
PA rəhbəri: "Böhranın genişlənməsində Avropa təsisatları da az rol oynamır"
"İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, "soyuq müharibə" dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrildi və çevrilməkdədir".
Vu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilmiş "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" adlı məqaləsində yazılıb. Məqalədə bildirilib ki, qondarma "rəngli inqilablar"la bağlı siyasi və sosial-iqtisadi eksperimentlər, müəllifi Qərb dövlətləri və onlara xidmət edən institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarıb: "Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı 4 prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyətini son həddə qədər kəskinləşdirir. Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar. Avropa İttifaqını (Aİ) bu cür strukturların ən nüfuzlusu hesab etmək olar. Cənubi Qafqaz regionunun və Azərbaycanın Avropa sərhədlərinə coğrafi yaxınlığı nəzərə alınsa, Aİ-nin siyasətinin müsbət və mənfi aspektlərinin təhlili həm Şərqi Avropa regionunda, həm də postsovet məkanında geosiyasi vəziyyətlə bağlı çox suallara cavab verə bilər".
Digər Xəbərlər
2024-12-29 17:09:36
2024-12-29 17:04:25
2024-12-29 16:42:39
2024-12-29 16:26:03
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14