İqbal Ağazadənin şikayəti araşdırılmaq üçün Dairə Seçki Komissiyasına göndərilib
11:52 06-11-2015
CƏMİYYƏT
Ümid Partiyasının sədri İqbal Ağazadənin Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətinə baxılıb.
Komissiyanın iclasında MSK üzvü Ramiz İbrahimov qeyd edib ki, seçkilərlə bağlı 35 saylı Xətai III seçki dairəsində namizədliyi qeydə alınmış İqbal Ağazadə seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciətin araşdırılması üçün 35 saylı Xətai Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul olunub.
MSK üzvlüyünə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Akif Qurbanov isə buna etiraz edərək, araşdırmanın MSK-da aparılmasını xahiş edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu məsələ öncə Dairə Seçki Komissiyasında araşdırılmalıdır.
Qeyd edək ki, DSK 3 gün ərzində müraciətə baxmalıdır.
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07