İsa Qəmbərin seçkidəki biabırçı məğlubiyyəti
11:54 06-11-2015
CƏMİYYƏT
Müsavat Partiyasının indiki və keçmiş başqanları 24 namizədlə birgə bir YAP namizədinin topladığı qədər səs ala bilmədilər
Milli Məclisə keçirilən seçkilər ana müxalifət adına iddialı olan partiyalar üçün sözün həqiqi mənasında biabırçılıqla yekunlaşdı. Milli Şura və Əli Kərimlinin AXCP-si seçkidə iştirakdan imtina qərarı verərək faktiki olaraq gücsüzlüklərini, siyasətdə yalnız xarici qüvvələrin əlaltıları olduqlarını nümayiş etdirdi.
Müsavat Partiyası isə seçki marafonu start veriləndə deputatlıq mübarizəsinə qatılmaqda israrlı idi. Hələ də xalqın ümidinə bel bağlayan Müsavat 73 seçki dairəsi üzrə namizədini irəli sürərək iqtidara rəqib olmaq niyyətində idi. Amma Müsavat bunu da bacarmadı, 73 dairədən partiyanın cəmi 24 namizədi xalq arasından imza yığıb namizəd ola bildi.
Bu isə bir daha onu göstərirdi ki, Arif Hacılın partiyası YAP-ın hansısa bir rayon təşkilatı ilə belə mübarizə aparacaq əzmdə deyil. Müsavatın keçirdiyi seçki mitinqə cəmi 150-200 nəfərin gəlməsi də onlar üçün deputatlıq kürsüsünün yalnız xəyal ola biləcəyinin anonsu idi. Sosial bazarı, xalq arasında güclü dəstəyi olmayan Müsavat seçkiyə 3 gün qalmış geri addım atıb, boykot qərarı verdi. Artıq gec idi. Mövcud qanunvericiliyin tələbinə əsasən Müsavat seçkidən geri çəkilə bilməzdi. MSK-nın yekun qərarı ilə partiya məcburi şəkildə seçkiyə qatılmalı oldu.
Seçkinin nəticələri açıqlandıqdan sonra görünən mənzərə ölkənin əsas müxalifət partiyası üçün utancverici idi. Azvision.az-ın apardığı araşdırma zamanı məlum olur ki, Müsavatın bütün namizədlərinin topladığı səs YAP-ın təqdim etdiyi sıravi namizədin yığdığı səsdən qat-qat azdır. Yəni, bu o deməkdir ki, bütöv bir partiya sıravi bir YAP üzvündən gücsüz və zəifdir.
Müsavatın Seçkidə iştirak edən namizədlərinin topladığı səslərə diqqət edək:
1. Nadir Allahverdiyev - 5 saylı Şahbuz-Babək seçki dairəsi - 46
2. Gülağa Aslanlı - 10 saylı Binəqədi seçki dairəsi - 487
3. Niyaz Nəsirov - 13 saylı Xəzər seçki dairəsi - 1253
4. İsa Qəmbər - 15 saylı Yasamal birinci seçki dairəsi - 599
5. Zakir Məmmədzadə - 25 saylı Nizami ikinci seçki dairəsi - 1100
6. Misir Mahmudov - 30 saylı Suraxanı birinci seçki dairəsi - 434
7. Mustafa Hacılı - 31 saylı Suraxanı ikinci seçki dairəsi - 1078
8. Arif Hacılı - 33 saylı Xətai birinci seçki dairəsi - 1799
9. Dilşad Nağıyeva - 34 saylı Xətai ikinci seçki dairəsi - 547
10. Elman Fəttah - 46 saylı Şirvanseçki dairəsi - 184
11. Nürəddin Rüstəmli - 49 saylı Yevlax seçki dairəsi - 237
12. Səxavət Soltanlı - 50 saylı Abşeron seçki dairəsi - 661
13. Söhrab Əmrahov - 55 saylı Xaçmaz şəhər seçki dairəsi - 1468
14. Vilayət Abuşov - 57 saylı Kürdəmir seçki dairəsi - 412
15. Valeh Hümmətoğlu - 59 saylı Salyan seçki dairəsi - 508
16. Mirzağa Axund - 60 saylı Salyan-Neftçala seçki dairəsi - 1223
17. Saday Fərəcov - 61 saylı Neftçala seçki dairəsi - 272
18. Davud Qurbanov - 68 saylı Cəlilabad kənd seçki dairəsi - 650
19. Xasay Fərzulla - 71 saylı Masallı kənd seçki dairəsi - 614
20. İltizam Əkbərli - 79 saylı İmişli seçki dairəsi - 2927
21. Yusif Namazoğlu - 96 saylı Goranboy seçki dairəsi - 357
22. İkram İsrafil - 115 saylı Şəki kənd ikinci seçki dairəsi - 1923
23. Razim Əmiraslanlı - 120 saylı Cəbrayıl seçki dairəsi - 2088
24. İsgəndər Həmidov - 123 saylı Kəlbəcər seçki dairəsi - 2189
Müsavat Partiyasının 24 namizədinin topladığı səslərin cəmi 23056 edir.
Diqqət edək ki, Hakim Yeni Azərbaycan Partiyasının 2 Saylı Şərur Seçki Dairəsindən namizədi İsa Həbibbəyli 25233, 13 Saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədi Rauf Əliyev isə 25505 səs toplayıb. Yəni, bu iki deputat ayrılıqda Müsavatın 24 namizədinin birgə topladığından çox səs yığıb.
Seçkinin nəticələri daha bir biabırçı faktı da ortaya çıxarıb. Sən demə partiyanın sabiq və hazırkı başqanlarının nüfuzu sıravi üzvlərdən daha azdır. Belə ki, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürən sabiq başqan İsa Qəmbər 599, 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olan Arif Hacılı isə cəmi 1799 nəfər seçicinin səsini qazana bilib.
Müsavatın 79 saylı İmişli seçki dairəsindən namizədi İltizam Əkbərli 2927, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədi İsgəndər Həmidov 2189, 120 saylı Cəbrayıl seçki dairəsindən Razim Əmiraslanlı 2088, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən İkram İsrafil 1923 səs toplayıb.
Seçkidə 599 nəfər seçicinin etimadını qazanan sabiq başqan İsa Qəmbər isə demək olar ki, Müsavatın bütün deputatlığa namizədlərindən az səs toplaya bilib.
Elvin
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07