Mikayıl Cabbarov UNESCO-nun Baş Konfransının 38-ci sessiyasında çıxış edib
11:55 06-11-2015
CƏMİYYƏT
Təhsil naziri Azərbaycanda təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayıb
Noyabrın 4-də UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin görüşü olub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə təhsilin inkişafı məsələlərinə toxunulub, növbəti il üçün bu sahədə büdcə layihəsi qəbul olunub. Tədbirdə Azərbaycanı təmsil edən təhsil naziri Mikayıl Cabbarov çıxışında "İncheon" bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir, "Təhsil -2030 Fəaliyyət Planı"nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.
M.Cabbarov Azərbaycanda təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayıb.
Təhsil naziri Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını, ölkədə məktəblərin 70 faizinin əsaslı təmir olunduğunu və ya yenidən tikildiyini bildirib. O, son on il ərzində qaçqın və məcburi köçkün uşaqlarının əsas təhsil hüquqlarını təmin etmək məqsədilə yüzlərlə məktəb tikildiyini qeyd edib.
M. Cabbarovun çıxışı zamanı söylədiyi "Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir" fikri UNESCO-nun "Twitter" səhifəsində paylaşılıb.
T.Əliyev
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07