Politoloq: "Geosiyasi misteriya muğam deyil, "Moskvada "Artsax" günləridir"
11:18 17-11-2015
CƏMİYYƏT
"Reqnum" və "REX" İA-ının sahiblərindən biri S.Tarasov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini muğamla müqayisə edib. ATƏT MQ həmsədrlərini trioya bənzədib və amerikalı həmsədr C.Uorliki xanəndə-vokalçı kimi təqdim edib. Muğam triosu yalnız Azərbaycana məxsusdur, muğam arealının başqa ölkələrdə trionun analoqu yoxdur. Hətta Azərbaycan muğamına ən yaxın olan İran muğamında belə trio yoxdur.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, dünya muğamı içərisindən Azərbaycan muğamını ayırıb formalaşdıran coğrafiya Qarabağdır: "Muğamat Qarabağın Azərbaycana məxsusluğunun atributudur. Muğamat Dağlıq Qarabağın ermənilərə məxsus olmadığının ən kəsərli sübutlarından biridir. S.Tarasovun mövqeyindəki dəyişikliyi görürük. Sazəndələrin (trio) təfsiri də onların ermənilərdən uzaqlaşmasının göstəricisi kimi qəbul edilə bilər. Ermənipərəst Rusiya ekspertləri tükənirlər. Həqiqətən 2014-cü ilin sentyabrında Soçidə Rusiya prezidenti V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini rədd edən Ermənistan prezidenti S.Sərkisyanı dəstəkləmək normal düşüncəli Rusiya vətəndaşı üçün çox çətindir".
Politoloq qeyd edib ki, həmin Soçi görüşündə ən təsirli hərəkət də S.Sərkisyanın publik və açıq formada V.Putini birbaşa üzünə inkar etməsi idi: "Bu addımı görməməzliyə vurub, diqqəti tamam başqa bir bəyanata yönəltmək saxtakarlığın dərəcəsi ola bilər. Amma effekt vermədiyi göz qabağındadır. S.Tarasov Zaqafqaziyanın Suriya məsələsində tranzit ola biləcəyini etiraf etdi. Amma bu ideya ona məxsus deyildi. Xankəndi aeroportunun Suriya məsələsində Rusiya üçün aralıq aeroport kimi istifadə olunması tezisi ölü doğulmuş uşaq idi. Tarasovun Ermənistan prezidenti S.Sərkisyana münasibəti də çox orijinaldır. Biz də hesab edirik ki, əsil S.Sərkisyana layiq münasibətdir. S.Sərkisyan AİB-in sammitində şifahi olaraq AİB təsisçiləri qarşısında Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı öhdəlik götürür. Ermənistana qayıdıb öz kabinetində əyləşib 3 prezidentlə telefonla danışıb verdiyi vədi bir daha təsdiq edir, sonradan belə öhdəliyin olduğunu Ermənistan XİN-i yazılı formada AİB-in üst təsisçi dövlətinə göndərir. Beləliklə, S.Sərkisyan prezident və ya vətəndaş olmasından asılı olmayaraq, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı öhdəlik götürür".
Mərkəz rəhbəri sonra deyib ki, üstündən bir il keçəndən sonra prezident S.Sərkisyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırır: "Tarasov S.Sərkisyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməsi bəyanatını bir il bundan qabaq Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürməsinin məntiqi nəticəsi adlandırır: Öhdəliyi elə pozmaq üçün götürmüşdü. Vəd verib yerinə yetirməmək, S.Sərkisyanın taleyidir. Prezidentlərin görüşünün səmərəli olacağı ciddi şübhə doğurur. İki kəlbəcərli məcburi köçkünün girovluğundan ləzzət alan, intiqam hissi ilə yaşayan Sərkisyanın nə isə iri məsələ həll etməyə gücü çata bilməz. S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir addım atmayıb. Bütün resursları status-kvonu saxlamağa yönəldib, bu resurs da tükənir. S.Tarasov gəncəli deyil, ola da bilməz. Amma keçmiş kirovabadlı kimi muğam barədə müəyyən təsəvvürləri olmamış deyil. Muğam üçlüyünün-trionun siması vokalçı-xanəndə olsa da, trionu idarə edən tarçıdır. ATƏT MQ üçlüyü timsalında o, xanəndə vokalist - amerikalı həmsədr Uorliki hesab edir".
M.Əhmədoğlu vurğulayıb ki, tarçının rusiyalı və ya fransalı həmsədr olduğunu özü müəyyənləşdirsin: "S.Tarasov az sonra səhvini başa düşdü: Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin muğam variasiyasına "geosiyasi misteriya" anlayışını əlavə etdi. "Misteriya" xristianlıq anlayışı olsa da, islam dininə də aidiyyatı var. Toğrul Nərimanbəyovun "Muğam" illüstrasiyasını Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilmiş illüstrasiyalardan biri ilə əvəzlədi. Bu illüstrasiyada üç şərqli musiqiçi təsvir olunub. S.Tarasovun dəyişikliyinin məzmunu bəllidir: Həm xristianlığa, həm də islama aid eyni bir anlayış gündəliyə gətirilir; Sırf Azərbaycana aid trio üç şərqli musiqiçi ilə əvəzlənir; Şirinin erməni mənşəyi barədə hipoteza yada salınır. Bunlar həqiqətən misteriyadır. Amma geosiyasətdə yox, S.Tarasovun illüzionistliyində baş verən misteriyadır".
Politoloq hesab edir ki, muğamın Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə daxil edilməsi fonundakı səhv Tarasov və komandasını daha ciddi səhvlərə vadar etdi: "M.Kolerovun rəhbərliyi ilə Moskvada "Artsax günləri" başladı. Əsil misteriyada da burada oldu. M.Kolerovun Artsaxı Suriya məsələsində RF-nin müttəfiqi olması liə bağlı sualına Dağlıq Qarabağın de-fakto idarəedicisi B.Saakyan təsdiqləyici cavab verdi. M.Kolerov "Artsax"ın Rusiyanı özünə müttəfiq hesab etməsinə sevindi. Az sonra B.Saakyanın bu bəyanatı mətbuat xidmətinin rəhbəri D.Babayan tərəfindən təkzib olundi. Ehtimal ki, rəsmi Yerevanın diktəsi ilə. Parisdə terror hadisəsinə reaksiya olaraq B.Saakyan Moskvada "Artsax" günlərini dayandırdı. Bu isə çox tünd mistikadır. M.Kolerov Ermənistanın Rusiya ilə Qərb arasında ikibaşlı oyunlarına cavab olaraq "Artsax"ı əsil erməni dövləti kimi təqdim etmək istəyirdi. Azərbaycanın klassik əsərlərindən olan "Dərviş Parisi partladır" əsərində olduğu kimi mistik qüvvələr imkan vermədi".
F.Əliyev
Digər Xəbərlər
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00