Siyavuş


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri, "Aztelekom" MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsinə münasibət bildirib.
YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Məmməd Məmmədovun həbsi ilə bağlı onlarda heç bir məlumat yoxdur: "Onun həbsi YAP-dakı fəaliyyəti ilə deyil, "Aztelekom" MMC-dəki iş fəaliyyəti ilə əlaqədardır. Buna görə də onun həbs olunub-olunmaması barədə dəqiq heç bir məlumatımız yoxdur. Bununla hüquq-mühafizə orqanları məşğul olur".
Xatırladaq ki, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da məlumatı təsdiqləyib.