Nazir ova gələn ərəblərdən danışdı
11:57 19-11-2015
CƏMİYYƏT
Hüseyn Bağırov: "Biz onun tərəfdarıyıq ki, ovçuluq qanunvericiliyə uyğun, lisenziya əsasında aparılsın. İstəyir ərəb şahzadəsi gəlsin, istəyir Afrika şahzadəsi gəlsin amma qanun əsasında bunu etsin"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluğa nəzarət edir. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, nəzarət altında həyata keçirilən ov biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir: "Biz onun tərəfdarıyıq ki, ovçuluq qanunvericiliyə uyğun, lisenziya əsasında aparılsın. İstəyir ərəb şahzadəsi gəlsin, istəyir Afrika şahzadəsi gəlsin amma qanun əsasında bunu etsin. Biz artıq bunu təmin edə bilirik".
"Azərbaycanda tarixən vəhşi heyvanlar olub. Onlardan bəzisinin nəsli kəsilib, bəziləri isə qalıb". Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, Azərbaycanda canavarların olması yaxşı haldır: "Azərbaycanda heç kim məqsədli şəkildə canavarları insanların üstünə yeritmir. Olmayan ölkələr də onu məqsədli şəkildə gətirib ölkələrində yayırlar. Vaxtilə bizim ölkədə kəndlərdə 10 ev vardı, indi 500 ev var. İnsan torpaqları işğal edir. Öz mal-qarasını aparıb buraxır ki, otlasın. Bir tərəfdən canavarların təbii arealı daralır, təbii yem bazası azalır. Bu insanın yaratdığı problemdir. Başqa tərəfdən də qanun canavar hücum etdikdə ondan qorunmağı qadağan etmir. Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar. Əgər biz istəyiriksə Azərbaycanın dağları, meşələri qalsın, həyatımızı buna uyğun şəkildə qurmalıyıq".
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonaları ilə bağlı çox iş görür". Bunu da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, nazirliyin vəzifəsi belə əraziləri öyrənmək, vaxtaşırı dövlət orqanları və tikinti işlərinə nəzarət edən qurumları məlumatlandırmaqdır: "Bunun üçün nazirlik tərəfindən atlas da hazırlanaraq nəşr olunub, xəritələr hazırlanıb. Həmin xəritələr müvafiq icra hakimiyyəti başçılarına da göndərilir ki, onların məlumatları olsun. Lakin bu məsələ nəzərə alınmayanda biz fəsadlarla qarşılaşırıq".
Nazir qeyd edib ki, sürüşmələrin bir hissəsi təbii zonalardır. Həmin ərazilərdə tikinti aparmaq məqsədəuyğun deyil: "İkinci hissə isə insan fəaliyyəti nəticəsində olur. Bununla bağlı verilən tövsiyələrə əməl etmək lazımdır".
T.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18