Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru ilə görüşüb
12:08 20-11-2015
CƏMİYYƏT
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Mədəniyyət və Turizm Nazirliyi ilə sözügedən muzey arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, muzeydə Azərbaycana aid saxlanılan xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci il Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.
Görüşün sonunda Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumununda iştirak etmək üçün Martin Rotu Bakıya dəvət edib.
Toğrul
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18