Bakıda
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Yasamal rayonunda nurçuluq təriqətinin üzvlərinə qarşı əməliyyat keçirib.

Moskva prospekti ev-75, mənzil 78 ünvanına baxış zamanı nurçuluğu təbliğ edən 70-dən artıq ədəbiyyat aşkarlanıb.

Bundan başqa, nurçuluq təriqətinin 10-dan artıq üzvü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.