Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
14:23 21-11-2015
CƏMİYYƏT
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) başçısı Müşfiq Ələsgərlinin rəhbərliyi ilə keçirilən tədbirdə 4 kütləvi informasiya vasitəsilə bağlı müraciətlər araşdırılıb.
İlk olaraq "Region TV" Televiziya Şirkətinin regionxeber.tv portalı barədə müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, oxşar adın götürülməsi şirkətin imicinə təsirsiz ötüşmür. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, hər bir şəxs öz kütləvi informasiya vasitəsini təsis edərkən ad seçimində müstəqildir. Belə seçim regionxeber.tv rəhbərliyinin də müstəsna hüququdur. Lakin ictimai rəydə qəbul olunan KİV-in və populyarlığa malik verilişlərin adlarının təsis zamanı götürülməsi məqbul hal sayıla bilməz. Buna görə də xəbər portalının rəhbərliyinə adın dəyişdirilməsi tövsiyə olunub.
Salyan Rayon İcra Hakimiyyətinin "Dünya" İnformasiya Agentliyi (dia.az) barədə müraciətinin müzakirəsində bir neçə məqama diqqət yetirilib. Komissiya üzvlərinin çıxışlarında son vaxtlar bir sıra media orqanlarında, xüsusilə xəbər portallarında Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla müxtəlif yaşlı, vəzifəli şəxsləri əlaqələndirmək meyllərinin özünü qabarıq birüzə verdiyi bildirilib. Qeyd olunub ki, konkret faktlara, sənədlərə, dəlil-sübutlara əsaslanmadan təqdim olunan həmin yazılarda etik prinsiplərin tələblərinin gözlənilməməsi haqlı narazılıqlar doğurmaqdadır. Komissiya Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi barədə dia.az saytında gedən informasiyanı da belə məsuliyyətsiz yanaşmanın nümunəsi sayıb.
Bildirilib ki, şikayət doğuran material saytdan götürülməsinə, səhvin etiraf olunmasına, təkzib edilməsinə baxmayaraq "Dünya" İnformasiya Agentliyinin bu KİV-in hansı əməkdaşı barədə necə ölçü götürdüyü ictimaiyyətə qaranlıq qalıb. Sayta bu məqamlara da aydınlıq gətirməsi tövsiyə edilib.
Gəncə Dövlət Universitetinin müəllimi Arifə Əhmədlinin "Gündəm xəbər" qəzetində onun haqqında gedən yazı ilə əlaqədar müraciətinin müzakirəsində bu qənaətə gəlinib ki, həm şikayətçinin, həm də cavabdehin təqdim etdiyi sənədlərdə bir-birinin təkzibinə yönələn cəhətlər mövcuddur. Bütün bunlar isə ayrıca araşdırmaya ehtiyac doğurur. Həmin məqamlara aydınlıq gətirilməsi üçün Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin başçılığı ilə 3 nəfərdən ibarət "araşdırma qrupu" yaradılıb.
"Finka Azerbaijan" MMQBKT-nin "Şəfəqə doğru" qəzetindən şikayəti müzakirə olunarkən komissiya narazılıq doğuran yazının təqdimatında mətbu nəşrin maraqlı tərəf təsiri bağışlamasını, etik prinsiplərin tələblərinə sayğısızlığını, xüsusilə qarşı tərəfin mövqeyinin təqdim olunmamasını həmin KİV-ə irad tutub.
F.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18