Ədliyyə nazirindən əfvlə bağlı açıqlama
14:25 21-11-2015
CƏMİYYƏT
Fikrət Məmmədov: "Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmış, insanlarda haqqa və ədalətə inamı artırıb"
"Ölkəmizin sosial-iqtisadi inkişafı məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına da əsaslı təsir göstərib. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilmişdir və bu sahədə islahatlar davam etdirilir".
Vunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin ötən bir ildə imzaladığı sərəncamlarla 190 nəfərədək şəxsin əfv olunması, bununla yanaşı, ictimaiyyətin geniş iştirakı, o cümlədən məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmişlər dəvət olunmaqla Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmış, insanlarda haqqa və ədalətə inamı artırıb. Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bugünədək 4.200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib.
O, qeyd edib ki, məhkumlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi diqqətdə saxlanılıb, Azərbaycanın penitensiar sistemində vərəmə nəzarət fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 61-ci sessiyasında region ölkələri üçün nümunəvi təcrübə kimi dəyərləndirilib. Bununla əlaqədar 15-ə yaxın dövlətin nümayəndələri Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələniblər.
Eyni zamanda, BQXK nümayəndələrinin azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkmələrinə səlahiyyət verən mövcud Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokolun imzalanması məhkumların hüquqlarının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə təkan verib.
O.Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18