Dövlət Dəniz Administrasiyasının rəisi Londonda sessiyaya qatılıb
14:14 23-11-2015
CƏMİYYƏT
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti London keçiriləcək Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edir. Bu barədə Unikal.org-a Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 23 noyabr və 2 dekabr tarixlərində keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında Azərbaycan da qatılacaq. Ölkəmizi həmin sessiyada Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov təmsil edəcək.
"Sessiyada Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi və həmçinin Beynəlxalq Dəniz Təşkitalına yeni baş katibin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub", deyə mətbuat xidmətindən bildirilib.
"Bu müddət ərzində həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşləri və təcrübə mübadiləsinin aparacaqları gözlənilir".
Qeyd edək ki, sessiya Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında baş tutacaq.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18